#İsrail

Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin beynəlxalq sularda “Əzm” donanmasına hücumunu kəskin şəkildə pisləyib. Nazirliyin bəyanatında bu addımın “terrorizm aktı” olduğu və mülki insanların həyatını birbaşa təhlükə altına atdığı bildirilib. Ankara hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirərək, İsrailin məsuliyyət daşıdığını vurğulayıb. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti mülki gəmilərin toxunulmazlığını təmin etməyə və İsrailin bu cür hərəkətlərinə qarşı tədbir görməyə çağırıb.

İsrail ordusu, işğal altındakı Qərb Sahilində Fələstinli səhiyyə heyətinə hücum edib. Fələstin Qırmızı Aypara Cəmiyyəti, İsrailin Cenin şəhərindəki təcili yardım heyətinə hücum edib onları saxladığını açıqladı. Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, İsrail ordusu, Qərb Sahilinin şimalında, Cenin şəhərinin qərbində yerləşən Yamun qəsəbəsində humanitar vəzifələrini yerinə yetirən təcili yardım heyətinə hücum edib, onları döyüb və təcili yardım avtomobilini saxlayıb.

İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”

Fələstin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza Münaqişəsini Sonlandıracaq Genişmiqyaslı Plan”ı müsbət qarşılayıb. Fələstin Dövlət Prezidentliyinin yazılı açıqlamasında bildirilib ki, Trampın Qəzzadakı müharibənin dayandırılması istiqamətində göstərdiyi təşəbbüs məmnuniyyətlə qarşılanır.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirlərinin İllik Koordinasiya Toplantısında çıxış edərək İsrailin bölgədəki siyasətini sərt şəkildə tənqid edib. Fidan bildirib ki, Qəzzada törədilən soyqırım və İsrailin İordan çayının qərb sahilini ilhaq etməyə yönəlik səyləri bölgədə təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, İsrailin hazırkı fəaliyyəti, yalnız Fələstin xalqına qarşı deyil, bütün regionun sabitliyinə qarşı yönəlmiş bir təhdid olaraq qiymətləndirilməlidir.

Yəmən Silahlı Qüvvələri İsrailə qarşı yeni hücum əməliyyatı həyata keçirdiklərini, işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfin “Palestine-2” tipli çoxbaşlıqlı hipersəs ballistik raketlə vurulduğunu açıqlayıb. Yəmən qüvvələri Qırmızı dəniz və Ərəb dənizində fəaliyyət göstərən bütün mülki və hərbi şirkətləri, həmçinin həmin marşrutlardan keçən gəmiləri şəxsiyyətlərini açıqlamağa çağırıb. Əks halda onların hədəfə alınacağı və məsuliyyəti daşıyacaqları bildirilib.