İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket birliyinin yeni komandiri general Məcid Musəvi bəyan edib ki, İsrail rəsmilərinin mümkün yeni hücumlarla bağlı verdiyi açıqlamalardan sonra İran hər cür ssenariyə hazır olmalıdır.
#İsrail
İsrail parlamenti (Knesset), hökumətə 1967-ci ildən işğal etdiyi İordaniyanın Qərb Sahilini ilhaq etməyə çağıran qərarı qəbul edib.
İsraildə Ultra-Ortodoks yəhudilərin (Haredilərin) hərbi xidmətə cəlb olunmaması məsələsində israr edən baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının deputatı Yuli Edelşteyn parlamentdəki komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr Suriyanın mərkəzində yerləşən Hums vilayətində Suriya Silahlı Qüvvələrinə məxsus anbarlara hava zərbələri endirib.
İsrail parlamentində (Knesset) keçirilən səsvermədə 120 deputatdan 71-i İsrailin işğalı altında olan İordan çayının Qərb Sahilinin ilhaqına dair hökumətə çağırış edən qərarı qəbul edib.
HƏMAS Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı təklifi qəbul etməkdən hələ də imtina edir və Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür.
Fransa Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında humanitar yardıma çatmağa çalışan fələstinli mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları qınayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiha “İrandan gələn təhdidləri aradan qaldırmaq üçün” İsraillə strateji dialoqa başlamaq qərarına gəlib.
Netanyahuya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib.
İran və onun regional müttəfiqlərinə qarşı hərbi əməliyyatlar hələ başa çatmayıb və ölkə ordusu genişmiqyaslı qarşıdurmaya hazır olmalıdır.
Suriya hökumətinin müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmən dəstək istəyib.
İsrail ordusunun mühasirədə olan Qəzza zolağında bir evə endirdiyi hava hücumunda aralarında uşaqların da olduğu 8 fələstinlinin həlak olduğu, çoxlu sayda insanın yaralandığı bildirilir.