ABŞ Prezidenti Donald Tramp İsrail qoşunlarının Livanın cənubundan çıxacağını düşündüyünü bildirib. O, bu açıqlamanı Ankarada Suriyanın Prezidenti Əhməd əl-Şaraa ilə görüşü zamanı verib. Tramp İsrail qüvvələrinin bölgəni tərk etmək istədiyini hesab etdiyini söyləyib. Bununla belə, ABŞ Prezidenti qoşunların çıxarılması üçün hər hansı vaxt göstərməyib. O, məsələ ilə bağlı əlavə təfərrüat da açıqlamayıb. Trampın sözləri İsrailin Livanın cənubundakı hərbi mövcudluğu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib. Açıqlama bölgədə təhlükəsizlik vəziyyəti və gələcək siyasi addımlarla bağlı sualları artırıb.
#İsrail
Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında son sutka ərzində səkkiz nəfərin həyatını itirdiyini, on yeddi nəfərin isə yaralandığını açıqlayıb. Məlumata görə, İsrail ordusunun hərbi əməliyyatları davam etdiyi üçün xilasedicilər bütün ərazilərə daxil ola bilmirlər. Nazirlik bəzi insanların dağıntılar altında və yolların kənarında qaldığını bildirib. Təcili tibbi yardım və mülki müdafiə qüvvələrinin həmin şəxslərə çatması hələ də mümkün olmayıb. Rəsmi məlumatda atəşkəsin qüvvəyə mindiyi 2025-ci il oktyabrın 11-dən indiyədək 1084 nəfərin həyatını itirdiyi qeyd olunub. Həmin müddətdə 3491 nəfər yaralanıb. Bundan başqa, dağıntılar altından 799 nəfərin cəsədi çıxarılıb. Bölgədə humanitar vəziyyət ağır olaraq qalır.
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin keçmiş ali rəhbər Əli Xameneinin dəfn mərasimi zamanı öldürülməkdən narahat olduğunu bildirib. O, son hücumların kəskinləşməsində İran tərəfini günahlandırıb. Trampın sözlərinə görə, Tehran Əli Xameneinin bir həftəlik dəfn mərasimi üçün fasilə istəyib. ABŞ Prezidenti bildirib ki, Vaşinqton bu istəyə razılıq versə də, İran tərəfi sonradan raket atəşinə başlayıb. Tramp həmçinin İran rəsmilərinin dəfn mərasimi zamanı öldürülməmələri üçün təminat istədiklərini deyib. Onun sözlərinə görə, ABŞ həmin müddətdə onlara qarşı belə addım atmayacağını bildirib. Tramp Əli Xameneinin ABŞ və İsrail zərbələri nəticəsində öldürüldüyünü də etiraf edib. Bu açıqlamalar Vaşinqton və Tehran arasında gərginliyin daha da artdığı bir dövrdə səsləndirilib.
BMT komissiyası İsraildən Kamal Ədvan Xəstəxanasının direktoru Hüssam Əbu Səfiyyənin dərhal azad edilməsini tələb edib. Komissiya bildirib ki, o, 19 aylıq saxlanma müddətində davamlı pis rəftara məruz qalıb və bu, beynəlxalq cinayət kimi qiymətləndirilə bilər. Bəyanatda digər fələstinli tibb işçilərinin də azad olunmasına çağırış edilib. Komissiya tibb işçilərinə qarşı hərbi əməliyyatların Qəzzanın səhiyyə sisteminin məhv edilməsinə yönəlmiş siyasətin bir hissəsi olduğunu bildirib. Eyni zamanda, İsraildən Hüssam Əbu Səfiyyəyə təcili və müstəqil tibbi yardım göstərilməsi istənilib. İsrail isə bu ittihamları əvvəllər rədd edərək silahlı qrupların xəstəxanalardan istifadə etdiyini iddia edib. Hüssam Əbu Səfiyyə 2024-cü ilin dekabrından etibarən ittiham irəli sürülmədən nəzarətdə saxlanılır
İsrail ordusu İranda baş verən hadisələr fonunda yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Hərbi mənbənin sözlərinə görə, ölkə Körfəz bölgəsindəki vəziyyəti diqqətlə izləyir və mümkün bütün ssenarilərə hazırdır. Mənbə İranın ABŞ-ın tələblərini qəbul edə bilməyəcəyini iddia edib. O bildirib ki, İsrail ordusu həm hücum, həm də müdafiə əməliyyatlarını həyata keçirmək üçün tam hazırlıqlıdır. Eyni zamanda qeyd olunub ki, İranla bağlı danışıqları hazırda ABŞ aparır. Mənbə ötən gecə İrana qarşı hərbi əməliyyatların da ABŞ tərəfindən həyata keçirildiyini xatırladıb. Regionda gərginlik fonunda İsrail ordusu hazırlıq səviyyəsini yüksək saxlayır.
ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə bu gün üçün planlaşdırılan rəsmi səfərini ləğv edib. Daha əvvəl CNN telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən Pit Heqsetin çərşənbə günü İsrailə ilk rəsmi səfərini etməyi planlaşdırdığını bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi qarşıdurma zamanı NATO müttəfiqlərini qəsdən sınağa çəkdiyini açıqlayıb. O bildirib ki, məqsədi alyans ölkələrinin ABŞ-a dəstəyə nə dərəcədə hazır olduğunu öyrənmək idi. Tramp NATO üzvlərinin bir hissəsini müdafiə xərclərini kifayət qədər artırmamaqda da tənqid edib. O, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı bəzi müttəfiqlərin lazımi dəstəyi vermədiyini iddia edib. ABŞ Prezidenti alyans ölkələrinin kollektiv təhlükəsizlik sahəsində daha böyük məsuliyyət daşımalı olduğunu vurğulayıb. Bu açıqlamalar Ankara Zirvə Toplantısı öncəsi diqqət çəkən mövzulardan birinə çevrilib. Müdafiə xərcləri və müttəfiqlər arasında həmrəylik toplantının əsas gündəm məsələləri sırasında yer alır.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmasına qarşı çıxıb. O bildirib ki, belə bir addım Yaxın Şərqdə qüvvələr balansını poza bilər. Netanyahu Türkiyənin aqressiv niyyətlərə malik olduğunu iddia edib və bu silahların bölgədə gərginliyi artıra biləcəyini söyləyib. Onun açıqlaması Donald Trampın Türkiyəyə F-35 satışını nəzərdən keçirdiyini bildirməsindən sonra verilib. ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan hava hücumundan müdafiə sistemi aldığına görə proqramdan çıxarmışdı. Ankara uzun müddətdir F-35 proqramına qayıtmaq və sanksiyaların ləğvini istəyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ABŞ-la münasibətlərin bu məsələdə müsbət nəticə verəcəyinə ümid edir.
ABŞ ilə Türkiyə arasında müdafiə əməkdaşlığında yeni mərhələnin başlaya biləcəyi gözlənilir. Donald Tramp Türkiyəyə qarşı sanksiyaların ləğvinə və F-35 qırıcılarının təhvil verilməsi məsələsinə müsbət yanaşdığını bildirib. Rəcəb Tayyib Ərdoğan isə bu istiqamətdə müsbət qərar gözlədiyini və ən azı beş təyyarənin vəd edildiyini açıqlayıb. Tərəflər, həmçinin Türkiyənin hazırladığı KAAN döyüş təyyarəsi üçün mühərrik təminatını müzakirə edirlər. Bununla yanaşı, ABŞ-də bəzi siyasətçilər və hərbi dairələr bu addıma etiraz edir. Onlar qabaqcıl hərbi texnologiyaların təhlükəsizliyi və bölgədə qüvvələr balansının dəyişə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Müzakirələrin nəticəsi ABŞ-Türkiyə münasibətlərinin gələcək inkişafına ciddi təsir göstərə bilər.
ABŞ Prezidenti Donald Tramp Türkiyəni ABŞ-ın böyük müttəfiqi kimi qiymətləndirib. O bildirib ki, Ankara İranı yaxşı tanıyır və bölgədəki vəziyyətin idarə olunmasına mühüm töhfə verir. Trampın sözlərinə görə, Türkiyə regional gərginliyin artmasının qarşısının alınmasında vacib rol oynayıb. ABŞ Prezidenti qeyd edib ki, bəzi ehtimallara baxmayaraq, Türkiyə münaqişəyə qoşulmayıb. O vurğulayıb ki, hərbi baxımdan güclü ölkə olan Türkiyənin belə bir imkanı olsa da, Ankara bundan istifadə etməyib. Tramp bunun öz diplomatik səyləri ilə də bağlı ola biləcəyini bildirib. Onun açıqlaması ABŞ-Türkiyə münasibətləri və Yaxın Şərqdəki vəziyyət fonunda diqqət çəkib.
İsrail cəmiyyətində bu qədər dərin parçalanmanın əsas səbəbləri nələrdir?
Türkiyə Xarici İşlər Nazirliyi İsrail rəsmiləri tərəfindən ortaya atılan iddiaların sistematik bir təbliğat fəaliyyəti olduğunu bildirib. Sənəddə sözügedən iddiaların müəyyən bir koordinasiya və zamanlama ilə dövriyyəyə buraxıldığına diqqət çəkilərək, bunun genişmiqyaslı dezenformasiya kampaniyasının tərkib hissəsi olduğu qeyd edilib. İsrail Baş naziri Benyamin Netanyahu və yaxın ətrafının özlərinə qarşı yönələn hər növ tənqidi qəsdən təhrif etdiyi bildirilən bəyanatda bu qiymətləndirmələrə yer verilib: