BAKI, VOA Orxan Qədirzadə
Səudiyyə Ərəbistanı Suriya Demokratik Qüvvələrinin (SDQ) ölkənin hərbi təsisatlarına inteqrasiyasını alqışlayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bu addımın Suriyada vətəndaşların təhlükəsizliyinin və sabitliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.
Nazirlik Suriya hökumətinin ölkə xalqının istəklərini həyata keçirmək, milli birliyi gücləndirmək və inkişaf prosesini irəli aparmaq istiqamətində atdığı addımlara dəstəyi təsdiqləyib.
Səudiyyə Ərəbistanı həmçinin Suriya və xalqına davamlı təhlükəsizlik, sülh və rifah arzulayıb.