Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / İslam və həyat: Şəriət sualları
    İslam və həyat: Şəriət sualları

    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

    7 İyun 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Cinlərin alt təbəqəsinə aid olanların (süfli cinlərin) insanın bədən və ağıl sağlığına vurduğu zərər ilk çağlardan bəri yaxşı məlumdur. Lakin bundan daha təhlükəlisi, bu şeytan tayfasının insanın dininə vurduğu zərərdir. Çünki bunlardan insanı öz təsiri altına alanlar, öz hökmlərini gizlicə yürüdürlər və həmin şəxsin bundan xəbəri belə olmur. Hətta digər insanları da bəzi qeyri-adi hallarla (istidraclarla) özlərinə tabe edir və cəmiyyətin azmasına səbəb olurlar. Bu iş aşağıdakı yollardan biri ilə baş verir:

    Cin öz varlığını bildirmədən

    Bu vəziyyətdə insan bir cinlə təmasda olduğunu bilmir. Özündə baş verən qeyri-adi halların şəxsi üstün məziyyətlərindən qaynaqlandığını zənn edərək, özünü hər kəsdən üstün məqamlarda görür və vəziyyətə görə saxta təvazökarlıq da nümayiş etdirir. Mühiddin Ərəbi (həzrətləri) bir əsərində bu barədə belə deyir: "Bu şəxsin ən bariz xüsusiyyəti, kimsəni bəyənməmək və özünün ən üstün olduğu qənaətini ətrafa yaymaqdır".

    Tanınmış şəxslərin simasında

    Bəzən cin, hələ gənclik illərindən etibarən özü üçün münasib bildiyi bir şəxsi seçir və onu özünə tabe etmək üçün fəaliyyətə başlayır. İlk vaxtlar onun yuxusuna tanınmış şəxslərin cildində girməyə başlayır.

    Həmin şəxs yuxusunda güya Mövlananı, Yunus İmrəni, Mühiddin Ərəbini görür və onlardan mesajlar alır. Get-gedə bu yuxuların nəticəsində o gənc, həqiqətən də böyük bir şəxsiyyət olacağına inanmağa başlayır. Bəzən canı bir şey istəyir və o istək cin tərəfindən dərhal yerinə yetirilir. O bu vəziyyəti böyük bir insan olması səbəbindən Allahın bir lütfü kimi qiymətləndirir.
    İmtahanlarda, mübahisələrdə cin ona kömək edə bilər, qarşı tərəf isə tamamilə susdurular. Əlbəttə ki, əgər qarşı tərəfin imanı güclü olmazsa. Çünki bəzən bu cin sıravi biri olmaq əvəzinə, onların rəhbər şəxslərindən biri ola bilər. Birinin bir işi üçün dua edər, o iş yenə cin tərəfindən həll olunar. Bəzən dünyanın müxtəlif yerlərində baş verən hadisələrdən xəbərdar edilər.

    Bütün bunlardan sonra insan özünün böyük bir şəxs olduğuna, hətta şeyx və ya qütb olduğuna inanır. Bundan sonra heç kimin nəsihətini də qəbul etmir. Çünki o, özünə nəsihət edənlərdən daha üstündür. Bəzi xəstəliklərin müalicəsi sadəcə əlini qoyması ilə mümkün olur. Məsələn, bəzi iflic olanları sağaldır. Halbuki burada iflicin səbəbi cinnin özüdür. O, əlini qoyanda cin oradan çıxıb gedir. Bütün bunlar onun şan-şöhrətini və adını artırır. Artıq ətrafında yüzlərlə, minlərlə heyranı və tələbəsi olur. Ona inananlar özünü ən böyük vəli, Mehdi və ya İsa (ə.s.) zənn edə bilərlər.

    Halbuki bu işin mütəxəssisləri onun saxtakar və zərərli olduğunu bilirlər. Burada ən böyük zövq isə onu özünə tabe edən cinnə məxsusdur. Çünki o şəxs vasitəsilə artıq minlərlə insanı özünə bağlamış və istəklərini yerinə yetirməyə başlamışdır. Bu vəziyyətdə həmin şəxsin nüfuzunu artırmaq üçün bəzi insanların yuxusuna belə girib, ona bağlanmalarını və kömək etmələrini təlqin edir. Bu arada o şəxsə dini bəzi məlumatlar da verərək, onu bir din alimi kimi göstərir. Həqiqəti bilməyənlər isə onu özlərinə dini lider seçirlər.

    Artıq bu şəxs dərindən bilmədən özündən bəzi fətvalar verir, bəzi hallalları haram, yaxud bəzi haramları halal kimi göstərir. Bunu da ətrafına, özünü bir din yenilikçisi (mücəddid) kimi təqdim edib, güya dövrə görə ictihadlar (dini qərarlar) qəbul edirmiş kimi qəbul etdirməyə çalışır. Nəticə etibarilə, həm o şəxs ətrafına bir çox insan toplayaraq onları müctəhid ədası ilə aldadır, həm də onu özünə tabe etmiş olan cin bir səltənət qurmuş olur. Hətta bu uğuru ilə öz həmyaşıdları arasında seçilib fərqləndiyi və onlara qarşı öz bacarığı ilə öyündüyü də deyilə bilər.

    Bütün bu hallara düçar olaraq bir çox insanı yoldan çıxaranlar ölkəmizdə, xüsusilə də İstanbulda çoxdur. Lakin biz burada başqa birini misal çəkəcəyik.

    Mirzə Qulam Əhməd Qadiyani nümunəsi

    Əhməd Qadiyani sözdə İslama bağlı, lakin əslində azğın bir cərəyan olan Qadiyaniliyin qurucusu kimi tanınır. Gənclik illərindən etibarən cinlərdən birinin təsiri altında yaşamışdır. Şəxsən özünün qələmə aldığı tərcümeyi-halına görə, Hindistanda Qadiyan qəsəbəsində anadan olub. Təbiət etibarilə tənhalığa meylli, həssas təbiətli biridir. Tez-tez tənha bir küncə çəkilərək nəfsi ilə hesablaşan zaman bir gün gizli bir səs eşidir. Sadəcə özünün eşidə bildiyi bu səs ona atasının axşam azanından sonra öləcəyini söyləyir. Əhməd bu səsi eşidəndə çox kədərlənir və qorxur. Səs davam edir: "Allah quluna kifayət etməzmi?"

    Həqiqətən də, atası həmin gün axşamüstü vəfat edir. Əhməd öz tərcümeyi-halında yazır:

    "O səsi ondan sonra çox eşitdim. Mənə bir çox şey öyrətdi. Məni dünyaya tanıtdı, məşhur etdi. Ehtiyac və yoxsulluq içində olduğum halda, xeyir işlərə xərcləməyim üçün məni sərvətə qərq etdi. Qulağıma gələn səslərin Rəhmani olduğundan əsla şübhə etmədim. Çünki şeytan mənimlə məsxərə etsə, içimdəki pisliklər dilə gəlsə, mütləq fərqinə varardım. Bəzən o səsləri uzaqdan eşidirdim, bəzən də onlar mənim ağzımdan çıxırdı, lakin danışan mən olmurdum. O dərəcədə ki, bəzən heç bilmədiyim dillərdə danışdığım olurdu. Bir ruhun daxilimə girdiyinə də inanmırdım. Bu iş tamamilə başqa bir işdir, fərqliliyini hiss edirəm və bu, mənə və mənə tabe olanlara bəs edər."

    Bəli, indi də şeytanın tamamilə aldadaraq yoldan çıxardığı Əhməd Qadiyaninin etdiyi işi görək. Bir gün ortaya çıxıb belə deyəcəkdir: "Mən Məryəmin oğlu Məsih İsayam. Məhəmməddən (s.ə.s.) sonra peyğəmbər gəlməyəcək, yalnız bir nəfər Onun müqəddəs libasına bürünəcəkdir, budur, mən Həmin şəxsəm. Qadiyanlı Əhməd, ağası Məhəmmədin (s.ə.s.) son peyğəmbərliyinə xələl gətirmədən nəbi olmuş, Allahdan müqəddəs vəzifə almışdır".

    Birinci Dünya müharibəsindən sonra ölən, əsl adı ilə qadiyanlı Mirzə Qulam Əhməddən kəramət zənn edilən bir çox hallar ortaya çıxmışdır. Minlərlə insanın gördükləri yuxularla ona bağlanması, yanında qırx gün qədər qalan şəxsin səmavi işarə olaraq inkarlarından xilas olması, şikəstləri bir neçə əl təması ilə yeritməsi, xəstələri bir neçə sözlə sağaltması, hətta özü ilə mübahisəyə girən birinin qəfildən ölməsi şöhrətinin tamamilə artmasına səbəb olmuşdur.

    Özünün Mehdi olduğunu söyləyən və Mehdi ilə axırzamanda yerüzünə enəcək olan İsa (ə.s.) peyğəmbərin eyni şəxs olduğunu və bunun da özü olduğunu bildirən Mirzə Qulam Əhməd Qadiyani, səthi bir baxışla hər nə qədər İslamı yaymış və genişləndirməyə çalışmış, bunda da qismən müvəffəq olmuşsa da, məsələ dərindən araşdırıldıqda görünür ki, bu hadisədə də şeytan əvvəlcə bir nəfəri, sonra da onun vasitəsilə minlərlə insanı öz təsiri altına almış, bu məqsədlə İslamı da bir vasitə kimi istifadə etmişdir.

    #Çin #cinlər #İblis və cinlər #İslamda cinlər #Cinlər haqqında məlumat #Cinlər haqqında inanclar #Quran və cinlər #Cinlərin aldatması #süfli cinlər #dini fətvalar #Cin surəsi #Rəhmani səslər #Qadiyanilik #Mirzə Qulam Əhməd #Dini mövzularda cinlərin insan şüuruna təsiri #İslamda istidrac və saxta kəramət fərqləri #Qadiyanilik cərəyanının yaranma tarixi və fəsadları #Cin surəsinin 6-cı ayəsinin təfsiri və izahı #Nəfsi hesabat zamanı şeytanın vəsvəsələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24

    Çin rəsmisi Van Huning Tibetdə sabitlik və etnik birliyi gücləndirməyə çağırıb

    22 İyul 2026 20:45

    Filippin və Çin arasında Cənubi Çin dənizi gərginliyi yenidən alovlanıb

    22 İyul 2026 20:40

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Çinin keçmiş mətbuat rəhbəri barəsində korrupsiya araşdırması başlanıb

    15 İyul 2026 18:39

    Çin Hörmüz boğazı ilə bağlı çağırış etdi

    14 İyul 2026 16:51

    Çin Hörmüz boğazında sərbəst və təhlükəsiz keçidə çağırış edib

    13 İyul 2026 17:41

    "Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb, təxminən iki milyon nəfər təxliyə edilib

    11 İyul 2026 22:45

    Çin ABŞ və İranı atəşkəsə əməl etməyə çağırıb

    10 İyul 2026 21:02

    Hörmüzdəki fasilədən əsas faydalanan ölkə Çin olub

    9 İyul 2026 21:41

    Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

    9 İyul 2026 20:49

    Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib

    7 İyul 2026 22:19
    XƏBƏR LENTİ

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

    Körfəz ölkələri və İordaniya İranın hücumlarını pisləyib

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarına səyahət xəbərdarlığı edib

    İsrailin pilotsuz uçuş aparatı Livanın cənubunda təcili yardım əməkdaşlarını yaralayıb

    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyini bildirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.