Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Ange Postecoglou, Nottinqem Forest tarixində yeni rekorda imza atıb

    3 Oktyabr 2025 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ange Postecoglou, Nottinqem Forest tarixində yeni rekorda imza atıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Nottinqem Forestin yeni baş məşqçisi Ange Postecoglou, klubun son yüz ildəki ən uğursuz startına imza ataraq arzuolunmaz bir rekorda düşüb.

    AzerVoice xəbər verir ki, avstraliyalı mütəxəssis, sentyabrın 9-da vəzifəyə başladığı vaxtdan bəri komandanın başında keçirdiyi ilk altı oyunun heç birində qələbə qazana bilməyib.

    Son uğursuzluq Avropa Liqasındakı Midtulyand qarşılaşmasında (2:3) qeydə alınıb. 29 ildən sonra ilk dəfə Avrokubok oyununu City Groundda keçirən Forest, fanatlarının böyük ümidinə baxmayaraq meydanı məğlub tərk edib. Oyunda Midtulyand standart vəziyyətlərdən iki dəfə qapını dəqiq nişan alaraq fərqlənib, əlavə olunmuş dəqiqələrdə Kris Voodun penalti qolu isə yalnız təsəlli xarakteri daşıyıb.

    Postecoglounun rəhbərliyi altında Forest Premyer Liqada Arsenala 0:3 hesabı ilə uduzub, Liqa Kubokunda isə 2:0 öndə olduğu halda Suonsi qarşısında dramatik şəkildə ələnib. Komanda yalnız Börnli (1:1) və Betis (1:1) qarşılaşmalarında xal toplaya bilib. Sanderlend (0:1) və Midtulyand məğlubiyyətləri isə azarkeşlərin səbr kasasını daşırıb.

    Bu nəticələrlə Postecoglou, 1925-ci ildə John Baynes-dən sonra Nottinqem Forest tarixində ilk altı oyununda qələbə qazana bilməyən ilk baş məşqçi olub. Hətta ev oyununda azarkeşlər “Səhər işdən çıxacaqsan” şüarları səsləndirərək narazılıqlarını açıq şəkildə ifadə ediblər.

    Forest Postecoglou dönəmində altı oyunda ümumilikdə 13 qol buraxıb və aprel ayından bəri qapısını toxunulmaz saxlaya bilməyib. Komanda qarşıdakı həftəsonu Premyer Liqada Nyukasl səfərinə yollanacaq.

    #İngiltərə #Arsenal #İngiltərə Premyer Liqası #Nottingem Forest #Ange Postecoglou #Midtulyand
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Arbeloa "Fulhem"in baş məşqçisi təyin olunub

    8 İyul 2026 12:07

    Meksika – İngiltərə oyununun başlama vaxtı fırtına təhlükəsinə görə dəyişdirilə bilər

    3 İyul 2026 22:47

    Ange Postekoglou "Ən-Nəsr"in baş məşqçisi təyin olunub

    3 İyul 2026 21:55

    "Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb

    2 İyul 2026 22:07

    Bruno Fernandeş “Mançester Yunayted”də qalacaq?

    13 İyun 2026 14:20

    Bernardo Silvanın yeni klubu bəlli oldu

    12 İyun 2026 16:33

    Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir

    30 May 2026 09:46

    Karrik Fernandesin Yunayteddə qalacağını təsdiqlədi

    25 May 2026 11:31

    Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır

    19 May 2026 14:46

    Qvardiola Mançester Sitidən gedir

    19 May 2026 10:55

    Arsenal ilə Atletiko Madrid final uğrunda üz-üzə gələcək

    4 May 2026 14:39
    XƏBƏR LENTİ

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.