Nottinqem Forestin yeni baş məşqçisi Ange Postecoglou, klubun son yüz ildəki ən uğursuz startına imza ataraq arzuolunmaz bir rekorda düşüb. Son uğursuzluq Avropa Liqasındakı Midtulyand qarşılaşmasında (2:3) qeydə alınıb. 29 ildən sonra ilk dəfə Avrokubok oyununu City Ground-da keçirən Forest, fanatlarının böyük ümidinə baxmayaraq meydanı məğlub tərk edib. Oyunda Midtulyand standart vəziyyətlərdən iki dəfə qapını dəqiq nişan alaraq fərqlənib, əlavə olunmuş dəqiqələrdə Kris Voodun penalti qolu isə yalnız təsəlli xarakteri daşıyıb.
#Ange Postecoglou
İngiltərə Premyer Liqasında Tottenhemin sabiq baş məşqçisi olan Ange Postecoglou, hazırda baş məşqçisiz qalan Almaniyanın Bayer Leverkuzen və Türkiyənin Fənərbağça klublarının gündəmindədir. Məhşur idman jurnalisti Fabrizio Romanonun məlumatına görə, Leverkuzen rəhbərliyi Bundesliqada cəmi iki oyundan sonra Erik ten Haq ilə yollarını ayırıb, Fənərbaxça isə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Joze Mourinyonu postundan uzaqlaşdırıb.