BAKI,VOA,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu avstraliyalı mütəxəssis Ange Postecoglou-nun komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.
VOA xəbər verir ki, "Ən-Nəsr" klubu Ange Postekoglou ilə iki illik müqavilə imzalayıb.
Klubun yaydığı bəyanatda Postekoğlunun əsas komandanın baş məşqçisi vəzifəsinə gətirildiyi və müqavilənin iki mövsümü əhatə etdiyi bildirilib.
60 yaşlı mütəxəssis son olaraq İngiltərənin "Tottenhem Hotspur" klubunu çalışdırıb. O, komandanı 2025-ci ildə UEFA Avropa Liqasının qalibi etsə də, Premyer Liqanı 17-ci pillədə başa vurduqdan iki həftə sonra vəzifəsindən uzaqlaşdırılmışdı.
Daha sonra Postekoglou "Nottingem Forest" klubuna rəhbərlik edib. Lakin o, ilk səkkiz oyunda qələbə qazana bilmədiyi və bu görüşlərin altısını məğlubiyyətlə başa vurduğu üçün cəmi 39 gündən sonra istefaya göndərilmişdi.
Mətbuatda onun Şotlandiya və Qazaxıstan milli komandalarına namizədlər sırasında olduğu barədə məlumatlar yayılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı.