Braziliyalı hücumçu Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. 25 yaşlı futbolçu yeni klubu ilə dördillik müqavilə bağlayıb. Martinelli 2019-cu ildən “Arsenal”da çıxış edirdi. O, London klubunun heyətində bütün yarışlarda 278 oyuna çıxıb və 62 qol vurub. Braziliyalı futbolçu “Arsenal”la İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və İngiltərə Superkubokunun qalibi olub. “Arsenal” Martinelliyə klubdakı xidmətlərinə görə təşəkkür edib. “Əl-Hilal” 2026-cı ildə İngiltərə Premyer Liqasından bir neçə tanınmış futbolçunu heyətinə cəlb edib. Martinellinin transferi Səudiyyə klubunun hücum xəttini daha da gücləndirib.
#Arsenal
Türkiyə Super Liqasında yeni mövsümə ardıcıl beşinci çempionluq hədəfi ilə hazırlaşan "Qalatasaray", transfer çalışmalarını davam etdirir. "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək üçün "Arsenal"a rəsmi təklif ünvanlayıb. Lakin Martinelli "sarı-qırmızılılar"ın bu təklifini qəbul etməyərək rədd edib.
Dünya futbolunun ən böyük ulduzlarından biri olan Məhəmməd Salah gələn həftə özü üçün olduqca nadir bir vəziyyətlə qarşılaşa bilər. ArabAZ xəbər verir ki, “The Athletic” şəbəkəsinin məlumatına görə, misirli hücumçunun “Liverpul” ilə müqaviləsi iyunun 30-da başa çatır və o, növbəti klubu hələ də məlum olmadan 2026-cı il Dünya Çempionatının pley-off mərhələsində mübarizə aparacaq.
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi bu gün bəlli olacaq. Həlledici görüş Puskás Aréna stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Qarşılaşmanı Almaniyadan olan FIFA referisi Daniel Siebert idarə edəcək.
Arsenal ilə Atletiko Madrid arasında yarımfinal mərhələsinin cavab oyunu İngiltərədə keçiriləcək. Matç London şəhərində yerləşən Emirates stadionunda baş tutacaq və oyunu almaniyalı hakim Daniel Siebert idarə edəcək. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start götürür. Avropanın ən nüfuzlu klub turnirində aprelin 14 və 15-də keçiriləcək qarşılaşmaların nəticələrinə əsasən yarımfinala yüksələn komandalar müəyyənləşəcək. Məlumata əsasən, ilk oyun günündə Madrid “Atletiko”su “Barselona”nı, “Liverpul” isə Paris Sen-Jermeni qəbul edəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
"Arsenal" evdə "Çelsi"ni 1-0 hesabı ilə məğlub edərək İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb. Yeganə qolu Kay Haverts vurdu (90+7-ci dəqiqə). Arsenal ilk oyunu 14 yanvarda səfərdə 3-2 hesabı ilə qazandı.
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
İngiltərə Premyer Liqasında XX turun oyunları keçirilir. Səfərdə "Bornmut"un qonağı olan "Arsenal" 3:2 hesablı qələbə qazanıb.
"Arsenal" "Yuventus"un futbolçusu Conatan Davidi transfer etməyi planlaşdırır.
“Mançester Yunayted” “Yuventus”un oyunçusu Kenan Yıldızı transfer etməkdə israrlıdır.
"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır. Artıq ingiltərəli vingerlə razılıq əldə olunub.