Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Barselonanı məyus edən qərar: Kamp Nou-ya dönüş ləğv olundu

    18 İyul 2025 16:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Barselonanı məyus edən qərar: Kamp Nou-ya dönüş ləğv olundu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Barselona klubu Kamp Nou stadionuna qayıdış planını təxirə salıb.

    AzerVoice xəbər verir ki, Barselona Şəhər Şurası stadionun yenidənqurmadan sonra istifadəyə verilməsi üçün tələb olunan "İlkin İstifadə İcazəsi"ni klub rəhbərliyinə təqdim etməyib.

    Bu icazə olmadan Kamp Nou-da 30 min nəfərdən çox tamaşaçı ilə oyun keçirmək mümkün deyil.

    Klubun stadionun yalnız bir hissəsini açmaq təklifi də rədd edilib.

    Alternativ stadion olaraq keçən mövsümdə ev oyunlarının keçirildiyi Estadi Olimpic Lluis Companys nəzərdən keçirilsə də, həmin arenada avqustun 9-da keçiriləcək “Blackpink” konserti və digər tədbirlər səbəbilə bu variant da mümkün olmayıb.

    “Joan Gamper” kuboku hər il mövsüm öncəsi keçirilən ənənəvi təqdimat oyunu hesab olunur. Bu ilki qarşılaşmada Barselonanın sabiq futbolçusu Sesk Fabreqas, Como klubunun baş məşqçisi kimi sabiq komandası ilə qarşılaşacaq.

    Barselona klubu Johan Cruyff stadionunu qarşılaşmaya hazırlamaq üçün texniki işlərə başlayıb və azarkeşlər üçün yenilənmiş bilet planını yaxın günlərdə açıqlayacaq.

    Rəsmi olaraq Kamp Nou stadionuna dönüş isə sentyabrın 13 və ya 14-də La Liqa çərçivəsində Valensiya ilə keçiriləcək oyunda mümkün olacaq. Lakin bu tarix də Barselona Şəhər Şurasından alınacaq yekun icazədən asılı olacaq.

    #İspaniya #Barcelona #İspaniya La Liqası #Kamp Nou #Barselona stadionu #Barselona ev oyunları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    İspaniya millisi məğlubiyyətsizlik seriyasını 36 oyuna çatdırdı

    11 İyul 2026 17:41

    Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

    8 İyul 2026 18:37

    Avropa Komissiyası ABŞ-a hansı mesajı verib?

    8 İyul 2026 18:24

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59

    Aİ ölkələri İsrail şirkətləri ilə milyardlarla avroluq müqavilələr imzalayıb

    2 İyul 2026 18:31

    Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək

    2 İyul 2026 14:41

    Tarixdə bu gün - 30 İyun

    30 İyun 2026 00:01
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.