UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində diqqət mərkəzində olan qarşılaşma baş tutacaq. Qeyd olunur ki, Barselona son oyunlarda uğurlu nəticələrlə çıxış edərək La Liqada liderliyini möhkəmləndirib. Komanda əvvəlki görüşdə Atletiko üzərində 2:1 hesablı qələbə qazanıb.
#Kamp Nou
UEFA Barselona ilə Atletiko Madrid arasında keçiriləcək oyuna rumıniyalı hakim Ștefan Kovacs təyin olunub. Bununla belə, statistik göstəricilər diqqət çəkir. Həm Barselona, həm də Atletiko Madrid Kovacsın idarə etdiyi oyunlarda qələbə qazana bilməyib. Bu fakt qarşıdakı oyuna əlavə psixoloji yük kimi qiymətləndirilir.
İspaniyanın Barselona klubunun yenidənqurmadan sonra qismən istifadəyə verilən Kamp Nou stadionunda növbəti texniki problem qeydə alınıb. Oyun idman baxımından Barselona üçün uğurlu alınıb. Kataloniya təmsilçisi Dani Olmonun, Rafinianın və Lamin Yamalın qolları ilə Real Oviedo üzərində 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib.
Barselona Futbol Klubu “Spotify” şirkəti ilə sponsorluq və ad hüquqları müqaviləsini 2030-cu ilə qədər uzatdığını, Kamp Nou stadionunun isə 2034-cü ilə qədər “Spotify Camp Nou” adını daşıyacağını açıqlayıb. Klubun 2022-ci ildən bəri davam edən əməkdaşlığı çərçivəsində “Spotify” loqosu həm kişi, həm də qadın komandalarının formalarında və məşq geyimlərində yer almağa davam edəcək.
Barselona klubunun prezidenti Joan Laporta, maliyyə böhranı səbəbindən Lionel Messinin komandadan ayrılmasının klubla münasibətlərdə gərginlik yaratdığını, lakin sonradan bu münasibətlərin bərpa olunduğunu bildirib. Messi 2021-ci ildə Barselonadan ayrılaraq PSJ klubuna keçmişdi. Klubun yeni müqavilə üçün vəsait ayıra bilməməsi səbəbindən baş verən bu ayrılıq həm azarkeşlər, həm də rəhbərlik üçün çətin dövr yaratmışdı.
Barselona klubunun prezidenti Joan Laporta və rəhbərliyi, yenilənmiş Kamp Nou stadionuna dönüş tarixinin dəfələrlə təxirə salınması səbəbilə ciddi təzyiqlə üzləşib. Klub rəhbərliyi növbəti dəfə özünün müəyyən etdiyi son tarixə də əməl etməyib və bu, həm üzvlərin, həm də ictimaiyyətin narazılığına səbəb olub.
2023-cü ilin iyununda başlanan genişmiqyaslı yenidənqurma işləri səbəbindən katalon klubunun ev oyunları Estadi Olimpic Lluís Companys stadionunda keçirilirdi. İndi isə Kamp Nounun qismən istifadəyə verilməsi ilə bağlı sertifikatın alınması Barselona üçün mühüm dönüş nöqtəsi hesab olunur.
Kamp Nouya dönüş klub üçün təkcə idman baxımından deyil, həm də iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. Yenilənmiş arenanın 62 min nəfərlik tutumu Montjuic-in 50 minlik tribunalarından xeyli böyükdür. Bu fərq Barselonanın gəlirlərinə birbaşa təsir edir. Klub həm maliyyə sabitliyini qorumağa, həm də UEFA qaydalarını pozmamaq üçün alternativ variantlardan yararlanmağa çalışır.
Barselona klubu Kamp Nou stadionuna qayıdış planını təxirə salıb.
İspaniyanın Barselona klubu Kamp Nou stadionuna planlaşdırdığı qayıdışı gecikdirmək məcburiyyətində qala bilər.