Bakı,AzerVoice
Bu gün UEFA Çempionlar Liqasının ilk oyunları keçiriləcək.
AzerVoice xəbər verir ki, yeni sistem ilə altı oyun keçiriləcək.
İtaliya təmsilçisi Milan, İngiltərnin Liverpool komandası ilə qarşılaşacaq.
Son Çempionlar Liqasının qalibi Real Madrid, Almaniya təmsilçisi Stuttgart-ı doğma meydanında qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Digər görüşlər isə bunlardır:
Juventus (İtaliya) - PSV (Niderland)
Young Boys (İsveçrə) - Aston Villa (İngiltərə)
Bayern München (Almaniya) - Dinamo Zagreb (Xorvatiya)
Sporting (Portuqaliya) - Lille (Fransa)