BAKI,VOA, Fərid Mikayılov
Toni Kroosun öz podyastında səsləndirdiyi bu fikirlər, Real Madridin "Çempionlar Liqası DNT-si" olaraq adlandırılan o məşhur xarakterini bir daha gündəmə gətirib.
VOA xəbər verir ki, almaniyalı əfsanə, xüsusilə Bavariya ilə keçirilən ilk oyundakı dönüş nöqtələrini peşəkar şəkildə analiz edib.
“Oyun xaosa sürüklənəndə Real Madrid dünyanın en təhlükəli komandasına çevrilir”- deyə Toni Kroos bildirib.
Toni Kroos oyunun taleyini dəyişən epizod kimi Dayo Upamekanonun Vinisius Juniora qarşı etdiyi səhvi göstərib. Onun fikrincə, 0-2 geridə olan Real Madrid məhz bu andan sonra öz xarakterini ortaya qoyaraq 60-cı və 75-ci dəqiqələr arasında çoxsaylı təhlükəli vəziyyətlər yaradıb.
O, həmçinin əlavə edib ki, oyun 3-3 hesabı ilə də bitə bilərdi, lakin 2-1 hesablı nəticə Bavariyanın oyunu kifayət qədər yaxşı idarə edə bilməməsinin nəticəsidir. Kroosun qənaətinə görə, almanlar ya fərqi artırmalı, ya da mövcud üstünlüyü daha soyuqqanlı şəkildə qorumalı idilər.