Bakı,AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda San Marino komandası La Fioritanı məğlub edən RAMS Başakşehir Klubunun futbolçu və texniki heyətini təbrik edib.
AzerVoice xəbər verir ki, görüş Başakşehir komandasının 6-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fatih Terim stadionunda matçı izləyən Ərdoğan matçdan sonra soyunub-geyinmə otağına düşüb.
"Sizi təbrik edirəm. Yaxşı nəticə oldu",- deyə Ərdoğan məşqçi Çağdaş Atanın əlini sıxıb.
Ankaradan İstanbula gələn Ərdoğan təyyarədən enərkən hesabın 2-0 olduğunu, daha sonra stadiona gəldiyini bildirib.
İdmançılar və texniki heyətlə söhbət edən, paltardəyişmə otağında uşaqları çox sevən prezident Ərdoğan RAMS Başakşehir Klubunun futbolçuları və heyəti ilə xatirə şəkli çəkdirib.