Bakı. AzerPress:
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov yanvarın 10-14-də 20 yaşadək oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının oyunlarında ədaləti qoruyacaq.
İdman.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Polşanın Qojuv-Velkopolski şəhərində davam edən turnir AVRO-2024-ə seçmə xarakteri daşıyır.
Qeyd edək ki, yarışda Azərbaycan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları mübarizə aparırlar.
İdman.biz