BAKI,VOA Orxan Qədirzadə
İçimdəki səsi dinləmədən
Gedək mi buralardan dayanmadan, gözləmədən?!
Arxaya çönmədən
Verdiklərini istəmədən qapını bağlamaq
Və gizlətmək ruhunu onlardan
Onlara dönmədən...
Azərbaycan rep musiqisinin tanınmış simalarından biri olan Elxan Zeynallı, dinləyicilərinə daha çox Qaraqan səhnə adı ilə tanışdır. 1987-ci il aprelin 3-də Bakıda anadan olan sənətçi repçi, musiqiçi və yazıçı kimi fəaliyyət göstərir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Milli Kitab Mükafatı müsabiqəsinin ilk qalibi kimi də tanınır.
Qaraqan orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Yaradıcılığı boyu həm musiqi, həm də ədəbiyyat sahəsində fəaliyyət göstərən sənətçi hazırda 10 romanın və 4 musiqi albomunun müəllifidir. Romanlarından 9-u Azərbaycan dilində, biri isə rus dilində qələmə alınıb.
Onun peşəkar musiqi karyerası 2005-ci ildə “Baku Klan” qrupunda başlayıb. Daha sonra 2007-ci ildə yaradılan H.O.S.T qrupunun solistlərindən biri olub. Qrup üzvlərinin 2012-ci ildən etibarən solo fəaliyyətə üstünlük verməsindən sonra Qaraqan yaradıcılığını “Madhouse Community” layihəsi çərçivəsində davam etdirib.
2007-ci ilin sonlarından etibarən yazıçılıq fəaliyyətinə başlayan Qaraqan qısa müddətdə oxucuların diqqətini cəlb etməyi bacarıb. Həmin il Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvlərindən biri seçilib. Elə həmin dövrdə nəşr olunan “A” romanı ölkədə ən çox satılan kitablardan birinə çevrilib.
2008-ci ildə bir müddət ABŞ-də yaşayan sənətçi həmin il ölkə səviyyəsində “İlin gənci” adına layiq görülüb. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunan Qaraqanın “Bir milyon dollarım olsaydı” romanı da ilin ən çox satılan kitabları sırasında yer alıb.
2010-cu ildə hərbi xidmət keçən Qaraqan sonrakı illərdə həm musiqi, həm də ədəbiyyat sahəsində fəaliyyətini genişləndirib. Rus dilində yazdığı “Bir pozğunun etirafı” romanı rusdilli oxucu auditoriyası üçün nəzərdə tutulub.
2011-ci ildə sənətçinin “Qısa qapanma” adlı solo konserti təşkil olunub. Həmin il o, “Uşaq yardım” kampaniyasında iştirak edib və “Bir” adlı musiqi əsərinə videoklip çəkilib.
2012-ci il Qaraqanın yaradıcılığında xüsusilə məhsuldar dövr kimi yadda qalıb. Həmin il Bakıda “Beşikdən məzara” adlı konsert proqramı təqdim olunub, həmçinin Ankara və İstanbul şəhərlərində çıxışlar baş tutub. Eyni zamanda, “A” romanı ABŞ-də nəşr olunan ilk azərbaycanlı yazıçılardan birinin əsəri kimi diqqət çəkib. Yazıçının fantastik-dram-faciə janrında qələmə aldığı “Mələk” romanı isə MDB məkanında bestsellerə çevrilib.
2013-cü ildə Moskvada “Qısa qapanma” adı altında konsert proqramı keçirilib. Həmin il nəşr olunan “Evakuasiya” romanı da oxucular tərəfindən maraqla qarşılanıb. Noyabr ayında isə “Üç addım” trilogiyasının ilk hissəsi olan “Birinci addım: Beş anonim milyonçu” kitabı təqdim edilib.
2014-cü ilin dekabrında trilogiyanın ikinci hissəsi – “İkinci addım” işıq üzü görüb. Kitabın təqdimatı zamanı müəllif oxucuları ilə görüş keçirib, əsərdə toxunulan mövzularla bağlı seminar təşkil edib və tədbir iştirakçılarına imzalı nüsxələr təqdim olunub.
2016-cı ildə “Üçüncü addım” kitabının nəşri ilə trilogiya tamamlanıb. 2019-cu il aprelin 3-də isə yazıçının “Art və xaos” adlı yeni əsəri oxuculara təqdim edilib.
Bir neçə illik fasilədən sonra Qaraqan 2023-cü il sentyabrın 29-da “Söz” adlı musiqi əsərini təqdim edərək yaradıcılıq fəaliyyətinə yenidən qayıdıb.
Bu gün Qaraqan Azərbaycan rep musiqisinin və müasir ədəbiyyatının tanınmış simalarından biri kimi fəaliyyətini davam etdirir.
Rep əsərləri
Öz dünyam
Mən və sən
Bir
Praqa
Metamarfoza
Mənim dərdim
Sən yoxsan
Dost
Hərb və sülh
Qan və qum
Dön
Qısa qapanma
Qar
Hardadır?
İnsanlar
Ağ atlı şahzadə
Cinayət və cəza
Sadəcə bir rəqs
Yol
Həqiqət axtarışları (ft. AiD & ProMete)
İşıq (albom)
Qaraqan qayıtdı!
Öz başına
BlackBerry
Bowling
Mən inanmıram
Söndür dünyanı
Aysel
Salam, can
Shaggy
Kağız gəmilər
İşıq
Valideynlər
Qadın ətri
Dekabr və payızım
Baş rolda özüm
Leykemiya
Leykemiya (albom)
Intro
Leykemiya
Əlvidalarımı payladım
Mələk
Söz qarı
Aç balaca qanadlarını
Gübrə
Dua
Salam, Allah
Get
Başqa həyatlar
Bir neçə saatlıq
Son
Outro
Qışlaq
Qaraqanın uzun müddət sonra qayıdışı
Söz
Bənövşə (ft. Bîdar)
Bəyaz Duman
O Dünyanı Görüb Gəldim
Sonuncu aşırım
Qızım
Yetdimi
Özümə (ft. Bîdar)
Yarasa
Günəş Altında
Yadımda
Leylim
İçindəki Zülmətin
Zəncirbəndi
Mərcan Ağacı
Səhraların Ulduzu (ft. Nazryn)
Yabanı Çiçək
Ekzistensial
Heç Nə
Sıradan Adam
Bir Alov Yanır
Dağlar (ft. Miri Yusif)
Səhralara Küllərimi
Retroqrad (2025)
Entrée
Gəl və Bax
Retroqrad
Böyük Şəhərlər, Kiçik İnsanlar
Tənhalıqdan Ayrıldım
Həzin Nəğmələr
Bari-Mövsüm
Sahillər (Gəmilərini Gözlər)
Laləzar
Dalğaların Səsi
Leviafan
Tanrılı Gecələr (ft. Pünhan Azim)
Mən Qədər Sevən (ft. Bahar)
Durnalar (ft. İlqar Muradov)
Əksinə (ft. Jasur Nematov)
Leyli Qaç Evə
Qayıdırıq Payıza
Odər
Rubikon
Gecə Yorğunu