Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    4 İyun 2026 10:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bu ilin Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma ili” elan edilməsi şəhərlərin planlı inkişafı və memarlıq irsinin yenidən dəyərləndirilməsi aktuallaşmışdır. Ölkəmizin şəhərsalma tarixi müxtəlif mədəni təsirlərin və memarlıq ənənələrinin sintezi nəticəsində formalaşmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı şəhəri sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə dünyanın bir çox yerlərindən Bakıya qazanc üçün yalnız iş adamları deyil, onlarla yanaşı memarlar, mühəndislər də gəlirdi. Avropa memarlarının, o cümlədən polyak mütəxəssislərinin fəaliyyəti şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır. Polyak memarlarının layihələndirdiyi binalar bu gün də Bakının tarixi irsinin ayrılmaz hissəsi kimi qalmaqdadır.

    Bu dövrdə Bakıya gələn polyak memarları arasında İosif Ploşka layihələndirdiyi memarlıq abidələrinə görə fəqlənməkdədir. İ.Ploşka Bakı şəhərində çoxsaylı tikililərin müəllifi olub. Həmçinin tanınmış milyonçular da İ.Ploşkaya tikililərini sifariş edirdilər. Memar Avropa klassikası, Venesiya və Fransa qotikası ilə binaları layihələndirmişdi. Milyonçularımızdan Ağamusa Nağıyev də sifarişçilər arasında fərqlənir. Poloşkaya A.Nağıyevdən əlavə Murtuza Muxtarov, Nuru Əmiraslanov və.s şəxslər də sifarişlər etmişdilər. Həmçinin bu gün də mövcud olmaqda olan “İsmailiyyə” binası İ. Ploşkanın layihələndirdiyi ən yaxşı monumental səciyyəli memarlıq abidələrindəndir.

    Digər polyak memarlarından İ. Qoslovski bacarıq və qabiliyyətinə görə kəskin fəqlənməkdə idi. Qoslovski Bakıda olduğu 9 il ərzində 22 layihənin müəllifi olmuşdur. Onun bu məhsuldarlığı hamını heyran edirdi. Həmçinin İ. Qoslovski H.Z.Tağıyevlə yaxından əməkdaşlıq etmişdi. O, H.Z.Tağıyevin sarayı (indiki Tarix Muzeyi), Tağıyevin villası, Tağıyevin toxuculuq binası, Tağıyevin Müsəlman Qızlar Məktəbinin binası (indiki Əlyazmalar İnstitutu), Tağıyevin teatrı (P.İ.Kognovski ilə birgə) və.s bunun kimi digər binaları layihələndirmişdi. Mətbuatda İ.Qoslovskini “Qafqazlı Rastrelli” adlandırırdılar.

    Polyak memarları yalnız Bakı şəhərində deyil, Azərbaycanın digər regionlarında da tanınırdı. Belə ki, memar Yozef Ploszko Şamaxıda başç vermiş zəlzələdən sonra Şamaxı şəhərində olan Cümə Məscidinin bərpasına yaxından nəzarət etmişdi. Yozef kimi digər memarlar da Azərbaycanın regionlarında memarlıq abidələrinin bərpasında və tikintisində yaxından iştirak etmişdilər.

    2019-cu il 31 may tarixində Bakıda Polşa memarları küçəsində “polşa memarlarının xatirəsinə həsr olunan lövhə”nin açılış mərasimi keçirilib. Tədbir mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştiak edib.

    Bu zaman Bakının küçələrinin birinə Polşa memarlarının adının yaşadılması məqsədi ilə “Polşa memarları” adı verilmişdir. Binanın birində Polşa memarları İ.Qoslavski, K.Skuraeviç, İ.Ploşka, Y.Skibinskinin və.s memarların adları xatirə lövhəsinə həkk olunmuşdur.

    Polşa memarlarının fəaliyyəti təkcə memarlıq baxımından deyil, həm də Azərbaycan-Polşa mədəni əlaqələrinin inkişafı baxımından da böyük əhəmiyyət danışyır. Bu irs müasir dövrdə şəhərsalma siyasətində tarixi dəyərlərin qorunması və yenidən qiymətləndirilməsi üçün mühüm örnək kimi çıxış edir.

    Aydan Quliyeva

    #Hacı Zeynalabdin Tağıyev #Şəhərsalma ili #şəhərsalma siyasəti #Polşa memarları #Bakının memarlıq irsi #İosif Ploşko #İosif Qoslavski #İsmailiyyə binası #Tarixi memarlıq abidələri #Azərbaycan-Polşa əlaqələri #Bakı memarlığı #Şamaxı Cümə Məscidi #tarixi tikililərin bərpası #memarlıq irsinin qorunması #Avropa memarlıq məktəbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    4 Avqust 2026 15:29

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    4 Avqust 2026 14:49

    Dövlət mediasiya sistemində hansı rola malikdir?

    4 Avqust 2026 12:04

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    3 Avqust 2026 21:26

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

    3 Avqust 2026 18:27

    Azərbaycan və Fələstin arasında post-münaqişə dövründə bərpa sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

    21 May 2026 20:34

    İnteryer İnşaat Memarlıq Mebel Forumuna 3 gün qaldı

    5 May 2026 16:12

    “Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!

    15 Noyabr 2025 13:59

    Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimində iştirak edib

    5 Aprel 2025 10:38

    Bakıda “Tağıyev” sənədli filmi nümayiş etdirilib

    25 Yanvar 2025 00:19

    Heydər Əliyev Mərkəzində Tağıyev: Neft bədii filminin premyerası olub

    5 Oktyabr 2024 12:18
    XƏBƏR LENTİ

    Hörmüz boğazının açılması əsas prioritetlərdəndir - Qətər

    Yəmən Səudiyyə Ərəbistanının hava limanını vurdu

    Həbs olunan bələdiyyə sədrinin narkotik testi müsbət çıxıb

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    ABŞ beş ölkədə diplomatik nümayəndəliklərini bağlayacaq

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    Aİ daxili işlər nazirləri Sebta miqrasiya böhranını müzakirə edəcək

    Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

    Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.