Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    4 Avqust 2026 14:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinin 2026-cı ildə başlaması gözlənilir.

    VOA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.

    Nazir bildirib ki, son bir il ərzində Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində etimad quruculuğu istiqamətində mühüm addımlar atılıb. Bu addımlar sırasında Ermənistana və Ermənistandan daşınan yüklər üçün Azərbaycan ərazisindən keçidə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistana neft məhsullarının çatdırılması yer alır.

    C.Bayramov qeyd edib ki, ötən il Vaşinqton Sülh Sammiti zamanı təqdim olunan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır.

    “Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Layihə ABŞ ilə Ermənistan arasında həyata keçirilir. Lakin onun giriş və çıxış nöqtələri Azərbaycan ərazisində yerləşdiyi üçün Amerika tərəfi mütəmadi olaraq bizi layihənin gedişi barədə məlumatlandırır”, – deyə nazir bildirib.

    Onun sözlərinə görə, hazırlıq mərhələsinin başa çatmasından sonra 2026-cı ildə həmin hissədə tikinti işlərinə başlanacağı gözlənilir.

    Nazir vurğulayıb ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri sürətlə yerinə yetirir.

    “Azərbaycanın əsas ərazisində yeni dəmir yolu və avtomobil yolu layihələrinin icrası yüksək səviyyədədir. Gözləntimiz ondan ibarətdir ki, 2027-ci ilin əvvəlində hər iki layihə Ermənistan sərhədinə qədər çatacaq”, – deyə C.Bayramov qeyd edib.

    O əlavə edib ki, Naxçıvan Muxtar Respublikası istiqamətində Sovet dövründən mövcud olan təxminən 180 kilometrlik dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi üçün də investisiyalar ayrılıb və işlər artıq başlanıb.

    Nazir Qars–İğdır–Dilucu dəmir yolu layihəsinin də icra mərhələsində olduğunu bildirib.

    C.Bayramovun sözlərinə görə, bütün bu layihələrin həyata keçirilməsi nəticəsində təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaranmayacaq, həm də Orta Dəhlizin yeni bir marşrutu formalaşacaq.

    “Bu, Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün ticarətin genişlənməsinə, iqtisadi artıma və regional əməkdaşlığın güclənməsinə ciddi töhfə verə bilər”, – deyə nazir vurğulayıb.

    O qeyd edib ki, gələcəkdə Azərbaycanla Ermənistan arasında ticarət nomenklaturasının genişlənməsi də istisna edilmir.

    Nazirin sözlərinə görə, son bir ilə yaxın müddətdə Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan 60 min tona yaxın yük daşınıb, Azərbaycandan Ermənistana satılan neft məhsullarının həcmi isə 20 min tona yaxın olub.

    “Əminəm ki, bu istiqamətdə əməkdaşlıq gələcəkdə də davam edəcək”, – deyə C.Bayramov əlavə edib.

    #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    10 Avqust 2026 22:31

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

    10 Avqust 2026 16:11

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdəki görüş oldu - Metyu Brayza

    8 Avqust 2026 13:56

    ABŞ Vaşinqton sammitindən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki irəliləyişi qiymətləndirib

    8 Avqust 2026 12:59

    Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan

    8 Avqust 2026 10:35

    Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

    8 Avqust 2026 10:34

    Vaşinqtondan başlanan yeni mərhələ: Prezident İlham Əliyevin sülh siyasəti və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi

    8 Avqust 2026 10:30

    Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    6 Avqust 2026 21:39

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38
    XƏBƏR LENTİ

    Liviyada hərbi kəşfiyyat rəhbəri öldürülüb

    Səudiyyə Ərəbistanında dəmir yolu sərnişin daşınması artıb

    İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

    ABŞ-da siyasətin qaydaları dəyişr?

    “Beyin çürüməsi” mifdir? Alimlər sosial medianın təsirləri ilə bağlı həqiqəti açıqlayıb

    Bu gün ABŞ prezidenti SSRİ-ni bombalamaqla bağlı zarafat edib

    Tarixdə bu gün –11 Avqust

    ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    Netanyahunun Qəzza planına qarşı çıxması sonsuz müharibə riskini artırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.