Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Aİ daxili işlər nazirləri Sebta miqrasiya böhranını müzakirə edəcək

    4 Avqust 2026 14:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ daxili işlər nazirləri Sebta miqrasiya böhranını müzakirə edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Avropa İttifaqına (Aİ) üzv ölkələrin daxili işlər nazirləri İspaniyanın idarəçiliyində olan Sebta şəhərində yaranmış miqrasiya böhranını müzakirə etmək üçün bu gün videokonfrans formatında fövqəladə iclas keçirəcəklər.

    Toplantının əsas məqsədi son günlər on minlərlə miqrantın Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Sebta şəhərinə qeyri-qanuni keçidindən sonra yaranmış vəziyyəti qiymətləndirmək və Aİ-nin miqrasiya siyasətinə dair ortaq yanaşma formalaşdırmaqdır.

    Miqrantların quru və dəniz yolu ilə sərhədi keçməsini əks etdirən görüntülər Avropa ölkələri arasında miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqlarını daha da dərinləşdirib.

    İtaliya, Danimarka, Almaniya və Macarıstan da daxil olmaqla 22 Aİ üzvü ölkə qeyri-qanuni miqrasiyaya qarşı daha sərt tədbirlərin görülməsini tələb edərək, İspaniyanın son addımlarının "Avropaya qapıların açıq olduğu" təəssüratı yaratdığını bildirib.

    Bu ölkələr fövqəladə videokonfransın keçirilməsini dəstəkləsələr də, məqsədlərinin qeyri-qanuni miqrasiyaya qarşı daha sərt siyasətin davam etdirilməsi olduğunu vurğulayıblar.

    Buna qarşılıq, İspaniyanın Baş naziri Pedro Sançes Avropa institutlarının rəhbərlərinə ünvanladığı məktubda bəzi üzv dövlətlərin mövqeyini "eqoist yanaşma" kimi qiymətləndirərək, Aİ daxilində həmrəylik nümayiş etdirilməsinə çağırıb.

    Madrid həmçinin bəzi ölkələrin İspaniyanın Şengen zonasından çıxarılması ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. Hüquqi ekspertlər isə bildirirlər ki, belə bir addım mövcud Aİ qanunvericiliyinə əsasən mümkün deyil.

    Fransa isə 22 ölkənin təşəbbüsünə qoşulmayıb. Paris Sebtadakı vəziyyətin siyasi məqsədlərlə istifadə edilməsinin doğru olmadığını bildirib və sərhədi qanunsuz keçən miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə geri qaytarıldığını qeyd edib.

    Avropa Komissiyasının sədri Ursula fon der Lyayen videokonfransı Aİ üçün "ortaq dərslərin çıxarılması" və sərhədlərin qorunmasının gücləndirilməsi baxımından mühüm fürsət kimi qiymətləndirib.

    Fon der Lyayen Aİ ölkələrini qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi, xarici sərhədlərin daha etibarlı qorunması, erkən xəbərdarlıq sistemlərinin tətbiqi, insan alveri və miqrant qaçaqmalçılığı şəbəkələrinin dağıdılması, eləcə də qanunsuz miqrantların geri qaytarılması mexanizmlərinin gücləndirilməsi istiqamətində fəaliyyətini artırmağa çağırıb.

    Qeyd edək ki, Avropa İttifaqı son aylarda miqrasiya siyasətini daha da sərtləşdirərək, sığınacaq müraciəti rədd edilən şəxslərin ittifaq hüdudlarından kənarda yaradılan xüsusi geri qaytarma mərkəzlərinə göndərilməsinə imkan verən yeni mexanizmləri də gündəmə gətirib.

    #Pedro Sançes #qeyri-qanuni miqrasiya #Avropa İttifaqı miqrasiya siyasəti #Şengen zonası #Sebta miqrasiya böhranı #Aİ daxili işlər nazirləri #Avropaya miqrant axını #Mərakeş–İspaniya sərhədi #Sebta sərhəd keçidi #Şimali Afrika miqrasiyası #Aİ xarici sərhədləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtaliya naziri Şengen zonasını İspaniyaya bağlamağı təklif etdi, Madrid səfiri çağırdı

    31 İyul 2026 14:52

    Seutada miqrasiya böhranı - 49 min nəfər keçdi, 18 nəfər həlak oldu, İspaniya ordunu səfərbər etdi

    31 İyul 2026 14:45

    Avropa İttifaqı Taliban nümayəndə heyəti ilə gizli görüş keçirir: deportasiya siyasətində yeni mərhələ başlayır?

    23 İyun 2026 15:14

    Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

    4 İyun 2026 09:44

    Qambiya sahillərində miqrant qayığı batıb, ölənlər var

    2 Yanvar 2026 14:12

    İrlandiya və İspaniya Eurovision-u boykotla hədələyir - İsrailin iştirakı böhran yaradıb

    12 Sentyabr 2025 17:30

    İspaniya səfirliyi Təl-Əvivdən çıxarılmalıdır - İspaniya

    9 Sentyabr 2025 10:39

    İspaniya NATO ilə yeni razılaşmaya nail olub

    22 İyun 2025 22:25

    İspaniya NATO-nun müdafiə xərclərinin artırılması barədə təklifini rədd edib

    19 İyun 2025 19:12

    İspaniyada hökümətə qarşı etiraz aksiyası keçirilib

    8 İyun 2025 14:04

    İspaniya İsraildən hərbi avadanlıq alışına dair müqaviləni ləğv edib

    4 İyun 2025 18:35

    Ərdoğan İspaniyanın Qəzza ilə bağlı mövqeyini alqışlayıb

    23 May 2025 23:04
    XƏBƏR LENTİ

    Həbs olunan bələdiyyə sədrinin narkotik testi müsbət çıxıb

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    ABŞ beş ölkədə diplomatik nümayəndəliklərini bağlayacaq

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    Aİ daxili işlər nazirləri Sebta miqrasiya böhranını müzakirə edəcək

    Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

    Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

    Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.