Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.
#Hacı Zeynalabdin Tağıyev
Bu ilin Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma ili” elan edilməsi şəhərlərin planlı inkişafı və memarlıq irsinin yenidən dəyərləndirilməsi aktuallaşmışdır. Ölkəmizin şəhərsalma tarixi müxtəlif mədəni təsirlərin və memarlıq ənənələrinin sintezi nəticəsində formalaşmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı şəhəri sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə dünyanın bir çox yerlərindən Bakıya qazanc üçün yalnız iş adamları deyil, onlarla yanaşı memarlar, mühəndislər də gəlirdi. Avropa memarlarının, o cümlədən polyak mütəxəssislərinin fəaliyyəti şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır. Polyak memarlarının layihələndirdiyi binalar bu gün də Bakının tarixi irsinin ayrılmaz hissəsi kimi qalmaqdadır.
Noyabrın 14-də Daşkənd şəhərinin məşhur "Panoramafilm" kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub. Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bakıda Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan, xeyriyyəçi Hacı Zeynabdin Tağıyevin həyat hekayəsindən bəhs edən “Tağıyev” adlı sənədli film nümayiş etdirilib.