Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    4 Avqust 2026 14:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib.

    VOA xəbər verir ki, bədii filmin bölümləri - “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq “Tağıyev” bədii filmini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər.

    Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.

    Ümumiyyətlə, filmin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və geniş izləyici kütləsi toplaya bilib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

    Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri olub. Həmçinin “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib. 2026-cı ildə “Tağıyev: Neft” bədii filmi Böyük Britaniyanın paytaxtı Londonda, məşhur kino mərkəzi BAFTA-nın Princess Anne Theatre zalında xarici auditoriyaya təqdim edilib. “Dədə Qorqud” film festivalında “Tağıyev: Neft” filminə görə ən yaxşı kişi rolu nominasiyasında baş rol ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev əsas mükafatı qazanıb.

    Bununla yanaşı, bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

    Ekran əsərində XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyət olur. O çətinliklərlə üzləşir amma geriyə addım atmır, zərbələr alır amma daha güclü olur.

    Filmin çəkilişləri miqyasına görə də Azərbaycan kinomatoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

    Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

    Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filmini ərsəyə gətirməklə Bakı Media Mərkəzi Azərbaycanın kino sənayesinə öz növbəti dəyərli tövhəsini vermiş olub.

    Qeyd edək ki, Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus kinoteatrlarında Tağıyev Film Həftəsi keçirilir. Avqustun 9-dək keçirilən bu marafonda Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin həyatına, mübarizəsinə və zəngin irsinə həsr olunmuş 4 filmi yenidən böyük ekranda izləmək imkanı əldə etmək mümkündür.

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
    #Azərbaycan #Hacı Zeynalabdin Tağıyev #Tağıyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdəki görüş oldu - Metyu Brayza

    8 Avqust 2026 13:56

    ABŞ Vaşinqton sammitindən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki irəliləyişi qiymətləndirib

    8 Avqust 2026 12:59

    Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan

    8 Avqust 2026 10:35

    Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

    8 Avqust 2026 10:34

    Vaşinqtondan başlanan yeni mərhələ: Prezident İlham Əliyevin sülh siyasəti və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi

    8 Avqust 2026 10:30

    Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    6 Avqust 2026 21:39

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38

    Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

    6 Avqust 2026 20:35

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05

    Azərbaycan və Ukrayna XİN başçıları ölkələrin strateji tərəfdaşlığını müzakirə ediblər

    6 Avqust 2026 15:54

    Ukrayna XİN başçısı Qara dənizdə həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib

    6 Avqust 2026 12:49
    XƏBƏR LENTİ

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.