Bu ilin Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma ili” elan edilməsi şəhərlərin planlı inkişafı və memarlıq irsinin yenidən dəyərləndirilməsi aktuallaşmışdır. Ölkəmizin şəhərsalma tarixi müxtəlif mədəni təsirlərin və memarlıq ənənələrinin sintezi nəticəsində formalaşmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı şəhəri sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə dünyanın bir çox yerlərindən Bakıya qazanc üçün yalnız iş adamları deyil, onlarla yanaşı memarlar, mühəndislər də gəlirdi. Avropa memarlarının, o cümlədən polyak mütəxəssislərinin fəaliyyəti şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır. Polyak memarlarının layihələndirdiyi binalar bu gün də Bakının tarixi irsinin ayrılmaz hissəsi kimi qalmaqdadır.