Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib

    16 Yanvar 2026 22:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan qanunvericiliyində mühüm dəyişikliklər qüvvəyə minib.

    AzerVoice xəbər verir ki, Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiqləyib. Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Yeniliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanıb və işçi hüquqlarının daha etibarlı müdafiəsini, sosialyönlü və çevik əmək münasibətlərinin formalaşdırılmasını hədəfləyir.

    Yeni anlayışlar və sosial təminatlar

    Dəyişikliklər çərçivəsində Əmək Məcəlləsinə “ailə vəzifələri olan işçi” anlayışı daxil edilib. Bu kateqoriyaya qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qayğı göstərilməsi səbəbindən əmək fəaliyyəti imkanları məhdudlaşan şəxslər aid edilir. Bu işçilərə güzəşt və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilməyəcək. Növbəli və gecə işləri zamanı da onların ailə ilə bağlı ehtiyacları nəzərə alınacaq.

    Distant iş və yeni hüquqi mexanizmlər

    Əmək funksiyasının məsafədən yerinə yetirilməsi üçün hüquqi əsas yaradılıb və Məcəlləyə “məsafədən (distant) iş” anlayışı əlavə edilib. Distant işlə bağlı şərtlər tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunacaq.

    Qanunvericilikdə terminoloji dəyişiklik də aparılıb: “əmək müqaviləsinin ləğv edilməsi” ifadəsi “əmək müqaviləsinə xitam verilməsi” ilə əvəzlənib. Eyni zamanda Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın hüquqi əsasları gücləndirilib.

    Məzuniyyət və sosial təminatlarda yeniliklər

    Yeni dəyişikliklərə əsasən:

    İşçi məzuniyyətdə olduğu dövrdə orta əməkhaqqı sonuncu maaşdan az olmamaqla saxlanılacaq;

    Hərbi xidmətə çağırılan işçiyə əmək müqaviləsinə xitam verilərkən azı üç aylıq orta əməkhaqqı məbləğində müavinət ödəniləcək;

    Ən azı 46 təqvim günü məzuniyyət hüququ olan şəxslərin siyahısı genişləndirilib və bu siyahıya müharibə veteranları, Çernobıl AES-də xidmət nəticəsində əlilliyi olanlar və digər kateqoriyalar daxil edilib;

    Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi faktiki günlər qədər ödənişli uzadılacaq və doğuşdan sonrakı hissə azaldılmayacaq;

    Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.

    Əməyin mühafizəsi və iş şəraiti

    Dəyişikliklər iş yerlərində əməyin mühafizəsinin gücləndirilməsini də nəzərdə tutur. İşçi sayı 50-dən az olan müəssisələrdə əməyin mühafizəsi bilikli işçilərdən birinin funksiyasına daxil ediləcək, bu mümkün olmadıqda mütəxəssis vəzifəsi təsis ediləcək. Zərərli və təhlükəli iş yerlərində çalışan işçilər isə mütəmadi olaraq əməyin mühafizəsi üzrə təlimatlandırılacaq.

    Ekspertlərin fikrincə, qəbul edilən dəyişikliklər əmək münasibətlərində sosial ədaləti gücləndirir, işçilərin hüquqi müdafiəsini artırır və əmək bazarının müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir.

    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
    #Əmək Məcəlləsində 400-dən çox dəyişiklik qüvvəyə minib #Azərbaycanda əmək qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb #Distant iş və ailə vəzifələri olan işçilər üçün yeni hüquqlar #Əmək münasibətlərində sosial təminatlar genişləndirildi #Prezident əmək qanunvericiliyində islahatları təsdiqlədi #İşçi hüquqlarının müdafiəsi gücləndirildi #Azerbaycan’da iş mevzuatında kapsamlı değişiklikler #Çalışan haklarını güçlendiren yeni düzenlemeler #Uzaktan çalışma ve aile yükümlülükleri yasaya girdi #Azerbaycan’da iş hukukunda reform süreci #İşçilere yeni izin ve sosyal haklar #Azerbaycan çalışma yasalarını güncelledi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Linuxda şəbəkə idarəçiliyi və diaqnostika: Ping, Ifconfig və Netstat komandaları

    21 İyun 2026 16:00

    Qəzzada valideynlərini itirmiş 35 uşaq üçün yeni himayə proqramına başlanılır

    21 İyun 2026 10:37

    Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

    20 İyun 2026 20:23

    Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək

    20 İyun 2026 17:52

    Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA

    20 İyun 2026 14:09

    Android 17 yeniləməsini alacaq smartfon və planşetlərin siyahısı tərtib edilib

    20 İyun 2026 11:05

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    18 İyun 2026 22:30

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    17 İyun 2026 19:08

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    17 İyun 2026 18:18

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    17 İyun 2026 18:07

    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

    17 İyun 2026 16:06

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    17 İyun 2026 15:41
    XƏBƏR LENTİ

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    İran-ABŞ görüşü fonunda İsrail Livanla bağlı açıqlama yayıb

    İsveçrədə İran–ABŞ danışıqları başladı

    Linuxda şəbəkə idarəçiliyi və diaqnostika: Ping, Ifconfig və Netstat komandaları

    İran və ABŞ arasında yeni danışıqlar: dondurulmuş aktivlər və neft ixracı müzakirə olunacaq

    Sina sərhədində hərbi mərkəz: Əl-Əriş şəhəri Qəzzanın yeni idarəetmə nüvəsinə çevrilir

    Breaking Bad-in aktyoru İslam dinini qəbul edib

    Halil İnalcıkın nəzəriyyəsi: Sultan II Mehmedin imperiyanın həqiqi qurucusu olmasının elmi sübutları

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.