#Əmək Məcəlləsində 400-dən çox dəyişiklik qüvvəyə minib

Əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan qanunvericiliyində mühüm dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiqləyib. Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Yeniliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanıb və işçi hüquqlarının daha etibarlı müdafiəsini, sosialyönlü və çevik əmək münasibətlərinin formalaşdırılmasını hədəfləyir.