Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Mədəniyyət
    Mədəniyyət

    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

    17 İyun 2026 19:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İyunun 16-da UNESCO-nun Parisdə yerləşən Baş qərargahında Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumuna dair məlumat sessiyası keçirilib.

    VOA xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO-nun Sosial Siyasət və İnklüzivlik üzrə direktoru, Baş direktorun Elm sektoru üzrə müavini Qustavo Merino çıxış edib.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən başlayan Bakı Prosesi və bu çərçivədə 2011-ci ildən etibarən 6 dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq humanitar əməkdaşlığın nüfuzlu platformasına çevrildiyi vurğulanıb. Əsas beynəlxalq tərəfdaşlardan biri kimi UNESCO-nun bu prosesə daha fəal dəstək göstərəcəyi qeyd edilib.

    Bildirilib ki, Forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini bir araya gətirərək dialoq, qarşılıqlı anlaşma və həmrəylik ideyalarının təşviqinə xidmət edir.
    Daha sonra 2026-cı ilin 27-29 oktyabr tarixində ölkəmizdə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun prioritet istiqamətləri, forumun konsepsiyası, proqramı və gözlənilən nəticələri barədə ətraflı təqdimat edilib, broşürlar paylanılıb.

    Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Çıxışçılar Bakı Prosesinə dəstəyini ifadə edib.

    #Azərbaycan #UNESCO #Paris #Beynəlxalq əməkdaşlıq #Fərid Cəfərov #mədəniyyətlərarası dialoq #Elman Abdullayev #Bakı Prosesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    4 Avqust 2026 15:29

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    4 Avqust 2026 14:49

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    4 Avqust 2026 14:35

    Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

    4 Avqust 2026 14:04

    Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşılayıb

    4 Avqust 2026 11:35

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

    3 Avqust 2026 17:58

    XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

    3 Avqust 2026 16:38

    Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib

    3 Avqust 2026 12:56

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    3 Avqust 2026 11:19

    "44" bədii filminin treyleri yayımlandı

    2 Avqust 2026 20:41

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    1 Avqust 2026 09:13
    XƏBƏR LENTİ

    Yəmən Səudiyyə Ərəbistanının hava limanını vurdu

    Həbs olunan bələdiyyə sədrinin narkotik testi müsbət çıxıb

    Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

    ABŞ beş ölkədə diplomatik nümayəndəliklərini bağlayacaq

    “Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

    Aİ daxili işlər nazirləri Sebta miqrasiya böhranını müzakirə edəcək

    Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

    Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

    Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

    Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.