Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    17 İyun 2026 15:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

    İclasda çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib. O vurğulayıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.

    Qərargah rəhbəri vurğulayıb ki, Böyük Qayıdış prosesi milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi, sosial və institusional sisteminə tam inteqrasiyasını nəzərdə tutur. Ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində zəruri infrastruktur qurulub. Hazırda əsas prioritet yaradılmış infrastruktur bazası üzərində dayanıqlı iqtisadi inkişafın təmin olunması, məskunlaşmanın iqtisadi və sosial dayaqlarının gücləndirilməsidir.

    Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.

    Samir Nuriyev işğaldan azad edilmiş ərazilərin aqrar potensialının Böyük Qayıdış prosesinin iqtisadi dayanıqlılığının təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar istehsalın genişləndirilməsi, istehsal və emal imkanlarının yaradılması, eləcə də kənd təsərrüfatı sahəsində dayanıqlı məşğulluğun təmin olunması qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu baxımdan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin Böyük Qayıdış üzrə həyata keçirilən fəaliyyətlərlə əlaqələndirilməsi vacibdir.

    Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma əhalinin məşğulluğunun təmin edilməsindən, iş yerlərinin yaradılmasından və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatı da daxil olmaqla, müxtəlif sahələrdə məşğulluq imkanlarının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

    İclasda, həmçinin ekoloji dayanıqlılığın təmin edilməsi və su ehtiyatlarının idarə olunması məsələlərinə toxunulub. Bildirilib ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekosistemlərin bərpası və torpaq ehtiyatlarının qorunması uzunmüddətli inkişafın mühüm şərtlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin bərpası ilə yanaşı, su ehtiyatlarının müasir səviyyədə və qənaətli idarə olunması, müxtəlif sahələrin suya olan tələbatının balanslı şəkildə ödənilməsi və ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.

    Daha sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və aqrar istehsalın təşkili, əhalinin məşğulluğunun təmin edilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və su ehtiyatlarının idarə olunması istiqamətində görülən işlər barədə məruzələr dinlənilib.

    İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasının sürətləndirilməsinin, Böyük Qayıdış prosesinin dayanıqlılığının təmin olunmasının və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.

    #Samir Nuriyev #Əlaqələndirmə Qərargahı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

    17 İyun 2026 16:06

    Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

    16 Mart 2026 20:36

    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

    16 Mart 2026 19:27

    Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub

    16 Mart 2026 19:25

    Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

    16 Mart 2026 18:03

    Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

    4 Mart 2026 19:37

    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb

    27 Fevral 2026 19:54

    Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

    26 Fevral 2026 12:47

    Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

    20 Yanvar 2026 11:05

    Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

    12 Dekabr 2025 11:26

    Şuşa şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası başlayıb

    5 Dekabr 2025 12:56

    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunan iclas keçirilib

    18 Noyabr 2025 20:56
    XƏBƏR LENTİ

    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib

    Autizmli uşaqlar arasında stolüstü tennis turniri keçirilib

    İran mediası: ABŞ-la razılaşmanın mətni cümə gününə qədər gizli saxlanılacaq

    Tanınmış vəkilin qızının öldüyü qəzanın görüntüləri

    Azərbaycan-Koreya əməkdaşlığının inkişafı müzakirə olunub

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.