Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib

    1 Oktyabr 2024 16:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Anım Günü ilə əlaqədar müxtəlif tədbirlər, toplantılar, sərgilər, xatirə guşələri təşkil olunub.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AzerVoice-ə bildirilib ki, Norveç Krallığının Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbində şagirdlərin iştirakı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Şagirdlər Azərbaycan şairi Hüseyn Arifin “Mən sülhə səs verirəm” və Baba Vəziroğlunun “Qarabağı gözəl gördüm”, “Vətən” şeirlərini və şairlərimizin qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlərini söyləyiblər. Həftəsonu məktəbinin müəllimləri Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışıb və Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından böyük fəxr və iftixar hissi ilə bəhs ediblər.

    Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Almaniyanın Münster şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdəsoydaşlarımızla yanaşı, Yəhudi və Alman icmalarının nümayəndələri də yaxından iştirak edib.Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən oğulları anılıb.Respublikamızın multikultural dəyərlərə sahib bir ölkə olduğu, həm birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin ərazi bütövlüyümüz uğrunda vuruşduğu və canından keçdiyi vurğulanıb. Tədbirdə, həmçinin İsrail və Azərbaycanın tarixi dostluq əlaqələrindən danışılıb. Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunov haqqında çəkilmiş “Tank 533 Albert Aqarunov” qısametrajlı filmi göstərilib.

    Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM), Daşkənd şəhərinin "Qardaşlıq" mədəniyyət mərkəzinin, RAzMMM-nin nəzdində fəaliyyət göstərən Gənclər Mərkəzinin, Özbəkistandakı Azərbaycan diasporunun fəalları birgə təşkilatçılığı və iştirak ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan ərazilərinin bərpası uğrunda həyatlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, xatirə memorialının qarşısına güllər düzülüb. Çıxışçılar Azərbaycan Ordusunun yenilməzliyindən, Vətən müharibəsində göstərdikləri şücaətdən danışıb. Eyni zamanda, RAzMMM-nın Sırdərya və Buxara filiallarında da şəhidlərin xatirəsi ehtiramla yad edilib.

    Gürcüstanda yaşayan soydaşlarımız da Anım Günü ilə əlaqədar bir sıra tədbirlər təşkil edib.Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin,Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin,Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin, Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirlərdəAzərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxışçılar rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını söyləyib. Qələbəninmillətin həmrəyliyinin, xalq-iqtidar birliyinin, güclü ordunun və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və gərgin siyasi-diplomatik fəaliyyətinin nəticəsində qazanıldığı vurğulanıb.

    Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 44 günlük Vətən Müharibəsində şəhid olan Gürcüstan əsilli qəhrəmanlara həsr edilmiş “Ölümsüzlər” kitabının təqdimatı olub. Azərbaycan və gürcü dillərində Tbilisidə çapdan çıxmış kitabın müəllifi şair-publisist Rafiq Hümmət nəşr haqqında ümumi məlumat verərək, borçalılıların, bütövlükdə Gürcüstan azərbaycanlılarının həm Gürcüstanın, həm də Azərbaycanın azadlıq mübarizlələrində daim ön sıralarda olduqlarını qeyd edib.

    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    Dünyanın müxtəlif ölkələrində soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizi yad edib
    #27 Sentyabr - Anım Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    22 İyul 2026 19:41

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    22 İyul 2026 15:43

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    22 İyul 2026 10:54

    Elə bil dünən idi…

    22 İyul 2026 09:33

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Ombudsman 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb

    27 Sentyabr 2025 09:47

    Müdafiə Nazirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib

    27 Sentyabr 2025 09:42

    Ankarada ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

    28 Sentyabr 2024 13:09

    Xaricdəki Azərbaycan Evlərində anım tədbirləri keçirilib

    27 Sentyabr 2024 17:48

    Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub

    27 Sentyabr 2024 16:30

    Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

    27 Sentyabr 2024 15:10

    Vətən Müharibəsi şəhidlərinin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib

    27 Sentyabr 2024 12:44
    XƏBƏR LENTİ

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    Avropa İttifaqı husiləri Qırmızı dənizdə hücumları dayandırmağa çağırıb

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.