Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ombudsman 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb

    27 Sentyabr 2025 09:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ombudsman 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Respublikasının Ombudsmanı 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat yayıb.

    AzerVoicexəbər verir ki, bəyanatda bildirilib:

    “2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamasından beş il ötür.

    Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.

    44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutmuşdur.

    Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilmiş, 450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşmüşdür.

    Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir.

    Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş və bölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlar açılmışdır.

    Bir müddət əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” paraflanmışdır. Bu tarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.

    Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının təmini, müharibə cinayətlərini törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.

    Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm”.

    Qeyd edilib ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

    #ombudsman #Ombudsman Aparatı #27 Sentyabr - Anım Günü #İkinci Qarabağ müharibəsi #Antiterror əməliyyatı #2023 antiterror əməliyyatı Qarabağ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

    7 May 2026 13:12

    Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı

    21 Aprel 2026 12:00

    Bakıda əlilliyi olan şəxslər üçün infrastrukturun monitorinqi aparılıb

    14 Aprel 2026 12:00

    Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

    10 Aprel 2026 22:25

    Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilə bilər

    8 Aprel 2026 21:44

    Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

    8 Aprel 2026 17:00

    Ombudsman: Son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə fəaliyyətimizdə xüsusi diqqət yetirilir

    2 Aprel 2026 13:27

    Ombudsman Aparatı tərəfindən uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx hazırlanıb

    25 Mart 2026 15:43

    Azərbaycanda dini və milli icmalara aid qəbiristanlıqlar yoxlanılıb

    19 Mart 2026 15:57

    Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

    18 Mart 2026 23:33
    XƏBƏR LENTİ

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    Avropa İttifaqı husiləri Qırmızı dənizdə hücumları dayandırmağa çağırıb

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.