Axtarış nəticələri "Donald Tramp" (3348)

ABŞ Prezidenti Donald Tramp Rusiyaya məxsus neft tankerinin Kubaya yanacaq çatdırmasına etiraz etmədiyini bildirib. Məlumata görə, Rusiyaya məxsus “Anatoliy Kolodkin” adlı tanker Kubanın Matansas limanına təxminən 730 min barrel neftlə çatıb. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan gəminin yükü “humanitar yardım” kimi təqdim olunur.

ABŞ rəsmilərinə istinadən yayılan məlumatlara görə, Prezident Donald Tramp İranda saxlanılan 400 kiloqramdan çox yüksək dərəcədə zənginləşdirilmiş uranın müsadirə edilməsi üçün xüsusi hərbi əməliyyat planlarını dəyərləndirir. Bu əməliyyatın olduqca mürəkkəb və riskli olduğu, ABŞ hərbçilərinin günlərlə İran ərazisində qalmasını tələb edə biləcəyi vurğulanır. Trampın müşavirləri vasitəsilə İrana "müharibənin dayandırılması müqabilində uranın təhvil verilməsi" şərtini qoyduğu iddia edilir. Tehran bu təklifi rədd edərsə, nüvə materialının güc tətbiq etməklə ələ keçirilməsi variantı aktivləşəcək. Bu məqsədlə dəniz piyadaları və paraşütçü desant bölmələrinin bölgəyə yerləşdirilməsi kimi alternativlər hazırlanır.

Suriya İran müharibəsindən udacaq, yoxsa uduzacaq? Dəməşq özünü yeni bir sınaq qarşısında tapıb. O, müxtəlif döyüşlərin arasında sıxılıb qalıb: qərb sərhədlərində İsrailin Livandakı "Hizbullah"a qarşı müharibəsi, şərqdə isə İraqda silahlı qruplaşmalarla dövlət arasında artan gərginlik. Suriya səmalarında isə İsrail təyyarələri ilə İran raketləri və PUA-ları arasında "atəş kəsişməsi" (atəş xətlərinin kəsişməsi) baş verir.

"Le Nouvel Obs" jurnalı Şərqdə başlayan və artıq ikinci ayına qədər uzanan ABŞ-İsrail-İran müharibəsinin hərbi, siyasi və iqtisadi ölçülərini təhlil edən 5 əsas sualı gündəmə gətirib. 28 fevral 2026-cı ildə başlayan və ilk zərbələrdə İranın Ali rəhbəri Əli Xameneinin ölümü ilə nəticələnən bu müharibə hələ də qlobal təhlükəsizlik və enerji bazarları üçün ən böyük təhdid olaraq qalır.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların 29-cu günündə Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) münaqişəyə rəsmi şəkildə qatıldığını elan edib. Hərəkatın hərbi sözçüsü Yəhya Səri ilk dəfə olaraq İsrailin cənubundakı hərbi obyektlərə qarşı ballistik raketlərdən istifadə edildiyini bildirib. İsrail mediasının məlumatına görə, Yəmən istiqamətindən atılan raketlər səbəbindən Dimona, Beer-Şeva və Eylat şəhərlərində hava həyəcanı siqnalları işə düşüb. "Peykan" (Arrow) hava hücumundan müdafiə sistemi tərəfindən bir raketin zərərsizləşdirildiyi bildirilir. Eyni zamanda, İsrail ordusu Tehranın müxtəlif nahiyələrinə hava zərbələri endirdiyini, İran tərəfi isə İsrailin mərkəzi hissəsinə raket zərbəsi ilə cavab verdiyini açıqlayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Fars körfəzinin ən strateji keçid məntəqəsi olan Hörmüz boğazı ətrafında gərginlik kritik həddə çatıb. ABŞ və İsrailin hücumlarından sonra İranın boğazı bağlaması fonunda Prezident Donald Tramp bölgədəki mühüm adaları hədəf alan hərbi planlarını yenidən gündəmə gətirib. Tramp müttəfiqlərindən boğazın açılması üçün hərbi dəstək tələb etsə də, bu müraciət gözlənilən reaksiyanı verməyib. Bunun ardınca ABŞ prezidenti İranın əsas neft ixrac terminalı olan Xark adasını işğal etməklə hədələyib. Martın 15-də adaya hava zərbələri endirildiyini elan edən Tramp, hələlik neft anbarlarının hədəf alınmadığını vurğulayıb.

ABŞ-ın həyata keçirdiyi hərbi müdaxilə nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq Nyu-Yorka gətirilən Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Manhattan federal məhkəməsində növbəti dəfə hakim qarşısına çıxıblar. Bu məhkəmə iclası tərəflərin dəlilləri və müdafiə tərəfinin işin dayandırılması ilə bağlı vəsatətlərinin ilkin qiymətləndirilməsi məqsədilə keçirilib.

Livanın daxili siyasi mühitində İran səfirinin "persona non grata" elan edilərək ölkədən qovulması qərarı ciddi parçalanmaya səbəb olub və bu addım rəsmi Beyrutun idarəçilik qabiliyyətini sual altına qoyub. İran tərəfindən birbaşa dəstəklənən, həm güclü silahlı qanada, həm də parlament və hökumətdə geniş təmsilçiliyə malik olan "Hizbullah" hərəkatı bu qərara kəskin etiraz olaraq kabinet iclaslarını boykot etməyə başlayıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında İranla müharibənin gedişatı və müttəfiqlərin bu prosesdəki mövqeyi ilə bağlı açıqlamalar verib. Tramp xüsusilə NATO üzvlərinin ABŞ-ın yardım çağırışlarına səssiz qalmasını gələcək münasibətlər üçün bir "sınaq" adlandıraraq, Vaşinqtonun bu laqeydliyi yaddaşından silməyəcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən kabinet iclasında Yaxın Şərqdə davam edən hərbi əməliyyatların gedişatı ilə bağlı dünya mediasının diqqət mərkəzində olan bəyanatlar verib. Tramp İran tərəfinin ağır hərbi itkilərə məruz qaldığını və rəsmi Tehranın gizli şəkildə saziş masasına qayıtmaq üçün çalışdığını iddia edib.

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib. Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.

ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı növbəti sərt açıqlama verərək, ölkəsinin alyansdan gələcək dəstəyə ehtiyacı olmadığını bildirib. Tramp xatırladıb ki, daha əvvəl də oxşar mövqe sərgiləyərək, ABŞ-ın hərbi uğurlarına görə NATO ölkələrinin dəstəyinə ehtiyac duymadığını bildirmişdi.

Beynəlxalq ictimaiyyət ABŞ və İran arasında keçirilən ilk raund danışıqların nəticələrini böyük maraqla gözləyir. Ekspertlər bu mərhələni həlledici, lakin təhlükəli adlandırırlar. Danışıqlar fonunda baş verən siyasi və hərbi manevrlər tərəflər arasındakı uçurumun nə dərəcədə dərin olduğunu göstərir. Hörmüz boğazı və İranın nüvə proqramı hələ də ixtilafın mərkəzindədir.

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının illik tədbirində çıxış edərək, İran rəhbərliyinin gizli şəkildə danışıqlar apardığını və saziş imzalamağa can atdığını iddia edib. Trampın sözlərinə görə, Tehran rəsmiləri bu istəklərini həm öz xalqından, həm də ABŞ-dan gələn təhlükələr səbəbindən ictimaiyyətə açıqlamaqdan çəkinirlər. Çıxışı zamanı Tramp "müharibə" ifadəsi yerinə "hərbi əməliyyat" terminindən istifadə edəcəyini bildirib. O, baş verənləri "hərbi məhv" adlandıraraq, İranın nüvə silahına sahib olma ehtimalını "xərçəng"ə bənzədib.

Məhəmməd Baqir Qalibaf bir çox məqamlarda Əli Laricaninin xələfidir, lakin o, sağlığında yaxın olduğu Ali Rəhbər Əli Xameneyinin xələfi olmayacaq. Çünki "Vəliyyi-fəqih"in xələfi mütləq "Ayətullah" rütbəli din xadimi olmalıdır, Qalibafın isə ali dini təhsili yoxdur. Hazırda Parlament sədri olan Qalibaf, ABŞ Prezidenti Donald Trampın adını çəkmədən birbaşa danışıqlara çağırdığı şəxsə çevrilib. Bu, onu İranın gələcək liderliyinə ən güclü namizəd edir – təbii ki, əgər gələcəkdə vəziyyət dəyişməsə və o, "azmış" bir raketin və ya daxili sui-qəsdin qurbanı olmasa.

İsrailin nüfuzlu "Channel 12" telekanalı hökumət dairələrindəki mənbələrinə istinadən xəbər verir ki, rəsmi Təl-Əviv ABŞ Prezidenti Donald Trampın gələn şənbə gününə qədər İranda atəşkəs elan edəcəyi ehtimalına qarşı ciddi hazırlıq görür. Bu xəbər regionda 28 fevraldan bəri davam edən genişmiqyaslı müharibənin gedişatında kəskin dönüş nöqtəsi kimi qiymətləndirilir.

ABŞ-dakı bir çox Evangelist xristian üçün Yaxın Şərqdəki müharibələr sadəcə geosiyasi qarşıdurma deyil, onların inandığı "zamanın sonu" (axırzaman) rəvayətinin bir hissəsidir. ABŞ Dövlət katibi Marko Rubio İranın "teokratik" rejimindən narazı olan dünyəvi bir diplomat obrazında çıxış edərək, İran liderlərini geosiyasi qərarlarını dini baxışlara əsaslanaraq verən radikal şiə ruhaniləri adlandırır. Müdafiə naziri Pit Heqset isə İran kimi "İslam xulyaları"na qapılmış rejimlərin nüvə silahına sahib olmasının yolverilməz olduğunu bəyan edir.