Axtarış nəticələri "İƏT" (249)

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib. Sənədə əsasən, 2025-ci il dekabrın 2-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib.

Türkiyə İslam dünyasının ən nüfuzlu reytinqlərindən biri hesab olunan "Global Muslim Travel Index" (Qlobal Müsəlman Səyahət İndeksi) hesabatında öz mövqeyini daha da möhkəmləndirərək zirvəyə yüksəlib. VOA xəbər verir ki, Türkiyə müsəlman istehlakçılar üçün ən cəlbedici və əlçatan ölkələr siyahısında ilk sırada qərarlaşıb.

İslam ümməti bu gün sivilizasiya yolayrıcında dayanıb. Bu, yalnız geosiyasi və ya dini bir yolayrıcı deyil, həm də mənəviyyatın və mahiyyətin özünün yolayrıcısıdır. Çünki artıq qarşıda duran sual sadəcə "Müsəlmanlar böhranlardan, işğaldan, təcriddən və anlaşılmazlıqdan necə xilas olsunlar?" sualı deyil. Əsl dərin sual budur: Ümmət özünü dünyaya cavab verən "yaralı bir kütlə" kimi anlayacaq, yoxsa bəşəriyyətin gələcək yükünü daşımaqda iştirak edən məsuliyyətli "əxlaqi bir cəmiyyət" kimi? Bu fərq həlledicidir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası və Afrika İttifaqı bu gün işğal altındakı Qüdsdə baş verən hadisələrlə bağlı genişmiqyaslı birgə bəyanat yayıblar. Üç nəhəng beynəlxalq təşkilat İsrailin müqəddəs məkanlara, xüsusilə Məscidül-Əqsaya qarşı artan hücumlarını kəskin şəkildə pisləyərək bunun qlobal fəsadları barədə xəbərdarlıq ediblər.

2026-ci ilin fevral ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 10,1 faiz azalaraq 5 milyard 429 milyon 833 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 9,3 faiz azalaraq, 10 milyard 870 milyon 450 min dollar olub. “Bu ilin fevral ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 3 milyard 866 milyon 760 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Səudiyyə Ərəbistanının üçüncü kralı Feysəl ibn Əbdüləzizin hakimiyyəti dövründə tətbiq edilən neft embarqosu, Yaxın Şərq tarixində iqtisadi resursların diplomatik təzyiq vasitəsi kimi istifadə olunmasının ən kəskin nümunəsi hesab edilir. Bu strategiya 1973-cü ildə baş vermiş "Yom Kippur" müharibəsi fonunda ABŞ və digər Qərb dövlətlərinin İsrailə birtərəfli dəstəyinə cavab olaraq həyata keçirilib.

2026-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq 5 milyard 451 milyon 577 min dollar olub. “2026-ci ilin yanvar ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 3 milyard 816 milyon 869 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 1 milyon dollar olub.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək. Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.

Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

İordaniya Haşimi Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Bəhreyn Krallığı, Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Suriya Ərəb Respublikası, Oman Sultanlığı, Fələstin Dövləti, Qətər Dövləti, Küveyt Dövləti, Livan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri, habelə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) katiblikləri ABŞ-ın İsraildəki səfirinin bəyanatlarını kəskin şəkildə pisləyən müştərək bəyanat yayıblar.

Keçən ilin dekabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artaraq 7 milyard 966 milyon 612 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – dekabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 4,5 faiz artaraq, 73 milyard 32 milyon 987 min dollar olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı Azərbaycan–BƏƏ strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin xarici siyasət aparatında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bir sıra səfirliklər və daimi nümayəndəliklər üzrə yeni təyinatları təsdiqləyib. Qərara əsasən, Türkiyənin 16 ölkədəki səfiri dəyişdirilib və diplomatik nümayəndəliklərdə yeni vəzifə bölgüsü aparılıb. Yeni təyinatlara əsasən, Konsulluq Baş direktoru səfir Gülsün Erkul Budapeştə səfiri, İkitərəfli Münasibətlər (Suriya) üzrə Baş direktor səfir İhsan Mustafa Yurdakul UNESCO yanında Türkiyənin daimi nümayəndəsi, San-Paulu baş konsulu Özgür Uludüz Luanda səfiri təyin olunub.

10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.

Keçən ilin noyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,6 faiz arataraq 5 milyard 864 milyon 175 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,3 faiz artaraq, 65 milyard 72 milyon 804 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalaraq 3 milyard 596 milyon 682 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, 22 Dekabr tarixinə qədər 2025-ci ildə 22-si Prezident Rəcəb Tayyib Ərdoğana yoldaşlıq etmək üzrə 50 ölkəyə ümumilikdə 73 xarici səfər gerçəkləşdirdi. Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın 2025-ci ildəki səfərləri və qatıldığı toplantılara dair məlumatlar paylaşıldı. Türkiyə Xarici İşlər Nazirliyi mənbələrinə görə, Nazir Fidan, 22 Dekabr tarixinə qədər bu il 22-si Prezident Ərdoğana yoldaşlıq etmək üzrə 50 fərqli ölkəyə 73 xarici səfər etdi. Nazir Fidan, həmçinin 10-u Ərdoğana yoldaşlıq etmək üzrə, xaricdə ümumilikdə 31 çox tərəfli toplantıya qatıldı.

5-11 dekabr tarixlərində paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində onlarla ölkədən və beynəlxalq təşkilatdan rəsmi şəxslər də iştirak edir. Pakistanlı həmkarını səmimi salamlayan Adil Kərimli qardaş ölkənin beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə təşəkkürünü bildirib. Azərbaycan və Pakistan xalqlarını möhkəm dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən nazir iki ölkə liderlərinin səmimi münasibətlərinin əlaqələrin yüksək səviyyəsini şərtləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Pakistan daim Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyib və iki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir.