Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Qazaxıstan
    Qazaxıstan

    Qazaxıstan və Özbəkistan baş nazirləri əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər

    12 İyul 2024 17:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qazaxıstan və Özbəkistan baş nazirləri əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Qazaxıstan və Özbəkistanın baş nazirləri Oljas Bektenov və Abdulla Aripov Qazaxıstanın Almatı şəhərində ikitərəfli hökumətlərarası komissiyanın 21-ci iclasını keçiriblər.

    AzerVoice xəbər verir ki, görüşdə ticarət-iqtisadi, investisiya, su və enerji əməkdaşlığının, o cümlədən nəqliyyat, sənaye, kənd təsərrüfatı, ekologiya və rəqəmsallaşma sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş layihələrin vəziyyəti müzakirə edilib.

    Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın ümumi ticarətinin 57%-ni təşkil edir. Ötən il iki ölkə arasında 4,5 milyard ABŞ dolları, bu ilin dörd ayında isə 1,2 milyard dollar dəyərində ticarət həyata keçirilib.

    Həmçinin görüşdə su sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına, xüsusilə supaylayıcı qurğuların rəqəmsallaşdırılması və avtomatlaşdırılmasına toxunulub.

    "Dövlət başçılarımız qarşılıqlı ticarətin həcmini 10 milyard ABŞ dollarına çatdırmağı hədəfləyiblər. Bu baxımdan ölkəmiz aqrar-sənaye kompleksi və yeyinti sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsində, o cümlədən sənaye kooperasiyasının keyfiyyətinin yüksəldilməsində maraqlıdır”, - deyə Bektenov bildirib.

    "Tərəfdaşlığın belə yüksək səviyyədə olmasının əsas səbəbi dövlətlərimizin başçıları arasında dostluq və etimada əsaslanan münasibətlərdir. Əminəm ki, bugünkü görüş və əldə olunmuş razılaşmalar əməkdaşlığımıza müsbət təkan verəcək”, - deyə Aripov vurğulayıb.

    #Qazaxıstan #Özbəkistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    23 İyul 2026 11:19

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Qazaxıstan süni yağış layihəsinə başlayıb

    14 İyul 2026 16:49

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    "AzerGold" 10 ildə 2,2 milyard manatdan çox gəlir əldə edib

    7 İyul 2026 19:07

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Azərbaycan və Qazaxıstan əməkdaşlığı müzakirə edib

    30 İyun 2026 13:37
    XƏBƏR LENTİ

    AI Rusiyaya qarşı son 4 ilin ən geniş sanksiya paketini qəbul edib - Sanksiyalara nələr daxildir?

    Trampdan İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq - Zərərlər dondurulmuş aktivlər hesabına ödəniləcək

    Azərbaycan vətəndaşları Türkiyədə mənzil və iş yeri alışlarını artırıb (ÖZƏL)

    Yəməndə ilk qadın xarici işlər naziri kim oldu?

    İsrail mətbuatında Türkiyənin regional təsiri müzakirə olunur - Türkiyə Dənizə çıxışımızı məhdudlaşdıra bilər

    Kılıçdaroğlu yeni partiyaya keçmək istəyən deputatlar barədə nə deyib?

    Türkiyədə PKK ilə bağlı yenilik - PKK rəhbərləri Türkiyəyə girə bilməyəcək

    İran ABŞ-ın atəşkəs təklifini rədd edib

    Türkiyənin Somali siyasəti - təhlükəsizlik, enerji və texnologiya strategiyası

    Universitet seçiminin əsas sualı - Marağınız, bacarığınız və qabiliyyətiniz seçdiyiniz ixtisasa uyğun gəlirmi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.