Digər Xəbərlər

Almaniyanın müdafiə sənayesi nəhəngi Rheinmetall, Aşağı Saksonya əyalətinin Unterlüß bölgəsində Avropanın ən böyük sursat istehsal zavodunun açılışını həyata keçirib. Cəmi 15 ay ərzində, 500 milyon avro sərmayə ilə inşa edilən zavod Avropada artan müdafiə tələbatını qarşılamaq məqsədi daşıyır və strateji əhəmiyyətə malik layihə hesab olunur. Açılış mərasimində Almaniyanın müdafiə naziri Boris Pistorius, maliyyə naziri Kristian Lindner, NATO-nun yeni baş katibi Mark Rutte və digər rəsmilər iştirak ediblər. Müdafiə naziri Pistorius çıxışında bildirib:

Avstraliya Krallıq Donanması (RAN), sualtı qayıqlara qarşı mübarizə (ASW) üzrə təlim imkanlarını artırmaq məqsədilə İsveçin “SAAB” şirkətindən əlavə AUV62 AT tipli muxtar sualtı vasitə əldə edib. AUV62 AT sistemi müxtəlif təlim ssenarilərində real sualtı qayıq və ya torpedonu simulyasiya edərək, təhlükəsiz və maliyyət baxımından səmərəli təlimlərin keçirilməsinə şərait yaradır. Bu vasitə RAN-ın sualtı qayıqların aşkarlanması və izlənməsi üzrə bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynayır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, İran bir sıra mühüm nüvə obyektlərinə inspektorların girişini məhdudlaşdırıb. Tehran isə vurğulayıb ki, suveren obyektlər üzərində nəzarət təzyiq alətinə çevrilə bilməz. İranın bəzi strateji obyektlərə girişə icazə verməməsi, eyni zamanda Buşehr AES-də yanacağın dəyişdirilməsinə nəzarətə imkan yaratması, Tehranın seçici yanaşmasını ortaya qoyur.

İsrailin Qəzzada mülki əhaliyə qarşı hücumları beynəlxalq ictimaiyyətdə sərt reaksiyalara səbəb olarkən, bir çox Qərb ölkəsi Fələstin dövlətini tanımayacaqlarını açıqlamışdı. Lakin Yunanıstan Baş naziri Kiryakos Miçotakis Selanikdə keçirilən 89-cu Beynəlxalq Sərgi çərçivəsində verdiyi açıqlama ilə diqqət çəkib. AzerVoice xəbər verir ki, Miçotakis Yunanıstanın Fələstin dövlətini tanıyacağını vurğulayaraq bildirib. “Buradakı əsas məsələ nə vaxt, hansı şəkildə və hansı zamanlamanı düzgün seçəcəyimizdir.”-deyə o qeyd edib. Baş nazir əlavə edib ki, nihai məqsəd iki dövlətli həll modelidir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 60-cı sessiyası BMT-nin Cenevrə Ofisində işə başlayıb. Sessiyaya İsveçrənin BMT Cenevrə Ofisindəki Daimi Nümayəndəsi, səfir Yurq Lauberin rəhbərliyi ilə start verilib. Açılışda çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk İsrailin Qəzza zolağında törətdiyi hərəkətləri sərt şəkildə tənqid edib. O, İsrailin fələstinli mülki vətəndaşlara qarşı kütləvi qətliamlar həyata keçirdiyini, bu səbəbdən bölgədə təsvirolunmaz əzablar və genişmiqyaslı dağıntılar baş verdiyini bildirib. Türkün sözlərinə görə, İsrailin həyati əhəmiyyətli yardımların Qəzzəyə çatdırılmasına əngəl törətməsi nəticəsində insanlar aclıqdan ölür, jurnalistlər hədəfə alınır və ard-arda müharibə cinayətləri törədilir “Yüksək vəzifəli israilli rəsmilərin açıq şəkildə soyqırım ritorikasından istifadə etməsi və fələstinlilərin insanlıqdan çıxarılması məni dəhşətə gətirir,” – deyə Ali Komissar qeyd edib.

Əfqanıstanda ötən həftə baş verən və minlərlə insanın həyatını itirməsinə səbəb olan güclü zəlzələlər yerli əhali arasında böyük panik və qorxu yaradıb. Yeni zəlzələlərin baş verməsindən ehtiyat edən insanlar evlərini və kəndlərini tərk edərək daha təhlükəsiz bölgələrə köç etməyə başlayıblar. Xüsusilə ölkənin şərqində yerləşən və 255 nəfərin öldüyü Nangarhar vilayətinin Darai Nur rayonunda insanlar kütləvi şəkildə köçür. Zəlzələlər nəticəsində yolların zədələnməsi yardımın çatdırılmasını çətinləşdirir. Xilasetmə işlərinin aparılması və yaralıların təxliyəsi üçün bölgəyə helikopterlər göndərilib.

Azərbaycan və İran arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi müzakirə olunub. Bu barədə AzerVoice Azərbaycanın İrandakı səfirilyinə istinadən məlumat verib. Məlumata görə, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb. Görüşdə hər iki ölkənin xalqlarının ortaq tarixi, mənəvi və mədəni bağlılığının əlaqələrin möhkəmləməsinə verdiyi töhfə vurğulanaraq, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

ABŞ-ın müdafiə sənayesində yeni, lakin sürətlə inkişaf edən şirkətlərdən biri olan Anduril, ABŞ Donanmasının uçak gəmisi əsaslı pilotsuz döyüş təyyarəsi proqramı olan Carrier-Ready Collaborative Combat Aircraft (CCA) layihəsinə rəsmi şəkildə qoşulub. Beləliklə, Anduril Boeing, Lockheed Martin, General Atomics və Northrop Grumman kimi nəhəng müdafiə şirkətləri ilə eyni sırada yer alaraq proqramın əsas iştirakçılarından birinə çevrilib. Proqramın əsas məqsədi, pilotlu döyüş təyyarələri ilə yanaşı fəaliyyət göstərə bilən, aşağı maliyyətli və geniş miqyasda istehsal oluna bilən pilotsuz döyüş platformalarının hazırlanmasıdır. ABŞ Donanması bu təşəbbüslə daha çevik, modern və büdcəyə uyğun döyüş sistemlərini donanma tərkibinə sürətli şəkildə inteqrasiya etməyi hədəfləyir.

İsrailin aparıcı silah istehsalçılarından biri olan Elbit Systems, Böyük Britaniyanın Bristol şəhərində yerləşən Aztec West biznes-parkındakı zavodunu bağlayıb. Müəssisənin bağlanması, aylarla davam edən və “Palestine Action” fəal qrupunun keçirdiyi etiraz aksiyalarının nəticəsi kimi qiymətləndirilir. Şirkət hazırda Britaniyada 16 fərqli məkanda fəaliyyət göstərir və 680 nəfəri işlə təmin edir. Elbit Systems, İsrail ordusunun əsas pilotsuz uçuş aparatları (PUA) təchizatçısı hesab olunur. Buna baxmayaraq, şirkət 4,7 milyon funt sterlinq zərər açıqlayıb. Maliyyə çətinliklərinə rəğmən, Elbit, Britaniya Müdafiə Nazirliyinin 2 milyard funt sterlinqlik müqaviləsi uğrunda konsorsiumda iştirak edib.

7 sentyabr gecəsi Günəşdə gücü üzrə sonuncudan əvvəlki sinifə aid partlayış qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qeyd olunub ki, Bakı vaxtı ilə saat 02:15-də Günəşin 4207-ci ləkə qrupunda (N28W16) rentgen diapazonunda M1.2 sinifli, 10 dəqiqə davam edən partlayış müşahidə edilib.

Amnesty International və Human Rights Watch-un hesabatlarında qeyd olunur ki, uyğurlar sistematik şəkildə kənd təsərrüfatı və sənaye sahələrində — pambıq yığımından tutmuş litium hasilatına qədər — məcburi əməkdə işlədilir. Hüquq müdafiəçilərinə görə, işçilər ədalətli ödənişdən məhrum edilir, polis nəzarəti altında yaşayırlar.