Digər Xəbərlər

Fransada dünən keçirilən Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb. Bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastyan Lekornu yeni baş nazir təyin edilib. Ölkə isə dünən Makronun siyasətlərinə qarşı kütləvi etirazlarla gündəmdə olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 müxtəlif nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.

UNICEF-in yeni hesabatına görə, dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını ötüb. 5–19 yaş arası təxminən 188 milyon uşaq kökdür. Mütəxəssislər, ənənəvi qidalanma vərdişlərinin yerini ucuz və emal olunmuş qidaların almasının ciddi risk yaratdığını vurğulayırlar. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaqların sağlamlığı ilə bağlı diqqətçəkən məlumatlar yayımlayıb. Dünyada ilk dəfə olaraq kök uşaqların sayı arıq uşaqların sayını keçib.

İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.

Fransa Prezidenti Emmanuel Makron, dünən Milli Məclisdə keçirilən etimad səsverməsində hökumətin etimadı qazana bilməməsinin ardından Baş nazir Fransua Bayrunun istefasını qəbul edib. Baş nazir Bayru istefasını Elysee Sarayında Prezident Makrona təqdim edib. Etimadsızlıq səsverməsində 364 deputat hökumətin əleyhinə, 194 deputat isə lehinə səs verib. 15 deputat isə bitərəf qalıb. Bu nəticə hökumətin süqutuna səbəb olub.

İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai, orta və yuxarı məktəblərdə ağıllı mobil telefonların istifadəsini qadağan etmək barədə qərar verib. İsveçin Təhsil naziri Simona Mohamsson, ölkənin rəsmi radiosu SR-ə verdiyi açıqlamada bildirib ki, bütün məktəb pillələrində şagirdlərin dərs vaxtı ilə yanaşı teneffüslərdə də telefon istifadə etməsinə icazə verilməyəcək. Nazir əlavə edib ki, bu qərarın həyata keçirilməsi üçün hökumət 10 milyon dollar büdcə ayırıb.

İspaniyanın azlıq sol koalisiya hökuməti, Qəzzada baş verən soyqırıma cavab olaraq İsrailə qarşı 9 maddəlik sanksiya paketini qəbul edib. Baş nazir Pedro Sançesin dünən elan etdiyi tədbirlər bu gün Nazirlər Kabinetinin iclasında rəsmən təsdiqlənib və dərhal qüvvəyə minib. İclasdan sonra mətbuata açıqlama verən Xarici İşlər naziri Xose Manuel Albarez bildirib ki, "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilməzdik". Onun sözlərinə görə, "Qəzzadakı soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" adlı paket beynəlxalq hüquq və insan haqları çərçivəsində hazırlanıb.

Pakistanın Pəncab əyalətinin şərqində güclü yağışlar nəticəsində baş verən daşqınlar son 24 saat ərzində 122 mindən çox insanın təxliyəsinə səbəb olub. Pəncab Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin (PDMA) baş direktoru İrfan Əli Katia, əyalətin Cəlalpur Pirvala şəhərində aparılan təxliyə işləri ilə bağlı açıqlama verib. O bildirib ki, Cəlalpur Pirvala şəhərində son 24 saat ərzində 122 mindən artıq insan evlərini tərk etmək məcburiyyətində qalıb. Çoxları ya qohumlarının yanına sığınıb, ya da yardım düşərgələrində yerləşdirilib.

İspanya Baş Nazir müavini və Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz belə bildirib: “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” Koalisiya hökumətinin kiçik ortağı olan Sumar ittifaqından Diaz, ölkəsinin İsrailə qarşı sanksiyalar elan etməsindən sonra Bluesky sosial media platformasında mesaj yayıb. O, mesajında “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” ifadələrindən istifadə edib. Baş Nazir Pedro Sançesin Qəzzədəki soyqırımı səbəbindən İsrailə qarşı 9 maddəlik sanksiya qərarını açıqlamasına toxunan Diaz, “Buna görə də hökumətdəyik. Keçən həftə bunu böyük koalisiya ortağımıza (Sosialist İşçi Partiyasına) çatdırdıq. Ölkəmiz soyqırımı dayandırmaq üçün daha çox iş görməli idi.” fikrini bölüşüb.