Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ Çini uyğurların məcburi əməyinə görə sanksiyalarla təzyiq altına alır - Çin bu faktı inkar edir

    7 Sentyabr 2025 09:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Çini uyğurların məcburi əməyinə görə sanksiyalarla təzyiq altına alır - Çin bu faktı inkar edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ, Şərqi Türküstanda (Çinin Sintszyan-Uyğur Muxtar Rayonu) müsəlman uyğurların məcburi əməyə cəlb edilməsi ilə bağlı ittihamlar fonunda Pekinə qarşı təzyiqlərini artırıb. AzerVoice xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Uyğurların Məcburi Əməyinin Qarşısının Alınması Qanununun (UFLPA) tətbiq olunduğu məhsullar siyahısını genişləndirib. Yeni qərara əsasən, siyahıya polad, mis, litium, kaustik soda və qırmızı xurma da əlavə edilib. Bu, Çindən idxal olunan məhsullara nəzarətin daha da gücləndirilməsi deməkdir.

    Qanun 2022-ci ilin iyunundan qüvvədədir və indiyədək yüz milyonlarla dollarlıq məhsulun ABŞ-a idxalının qarşısını alıb. Reuters-in məlumatına görə, ABŞ Dövlət Departamenti 144 şirkət və təşkilatı “qara siyahı”ya salıb. Onların məcburi əməyin istismarı ilə birbaşa və ya dolayı yolla əlaqəli olduğu bildirilir.

    Amnesty International və Human Rights Watch-in hesabatlarında qeyd olunur ki, uyğurlar sistematik şəkildə kənd təsərrüfatı və sənaye sahələrində — pambıq yığımından tutmuş litium hasilatına qədər — məcburi əməkdə işlədilir. Hüquq müdafiəçilərinə görə, işçilər ədalətli ödənişdən məhrum edilir, polis nəzarəti altında yaşayırlar.

    Çin bu faktı inkar edir

    Pekin isə ittihamları rədd edir və tətbiq edilən tədbirləri “ekstremizmlə mübarizə məqsədli peşə hazırlığı proqramları” adlandırır. Lakin BBC və The New York Times-ın müstəqil araşdırmaları uyğurlar üzərində mədəni təzyiq göstərildiyini, həmçinin onların islam və türk kimliyinin sıxışdırıldığını ortaya qoyur.

    #ABŞ #Human Rights Watch #Uyğur türkləri #Sincan-Uyğur Muxtar Bölgəsi #Şərqi Türküstan #Uyğurların haqları #Uyğur müsəlmanları #Amnesty İnternational #Türkiyənin beynəlxalq hüquq mövqeyinin BMDHS ilə uyğunluğu məsələsi #Uyğur əlifbası #Sintszyan-Uyğur Muxtar Rayonu #UFLPA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    21 İyul 2026 20:03

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    21 İyul 2026 19:05

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08
    XƏBƏR LENTİ

    Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək - Prezident İlham Əliyev

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.