Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Donald Tramp İrandakı nefti ələ keçirmək istədiyini açıqlayıb

    6 Aprel 2026 20:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Donald Tramp İrandakı nefti ələ keçirmək istədiyini açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp İranın razılaşma ilə bağlı son cavabının mühüm bir irəliləyiş olduğunu qeyd edərək bildirib: "Mənə qalsa, İrandakı nefti əlimizdə saxlamaq istərdim, çünki o, orada götürülməyə hazırdır. Təəssüf ki, Amerika xalqı bizim evə dönməyimizi istəyir".

    VOA xəbər verir ki, Prezident Tramp mətbuat mənsublarının İran gündəminə dair suallarını cavablandırıb. O, imkan daxilində İranın neftini ələ keçirməyi hədəfləyəcəyini vurğulayaraq deyib: "Mənə qalsa, nefti götürərdim, əlimdə saxlayardım və bolca pul qazanardım".

    ABŞ və İran arasındakı mümkün razılaşma prosesinin müsbət istiqamətdə irəlilədiyini və İranın amerikalılara verdiyi son cavabların əhəmiyyətli olduğunu bildirən Tramp, "Nələrin baş verəcəyini görəcəyik" deyib. Digər tərəfdən, Tramp İrandakı nümayişçilərə bölgədəki kürd qrupları vasitəsilə çox sayda silah göndərdiklərini, lakin bu silahların mənzil başına çatmadığını qeyd edib.

    Tramp bu mövzuda belə danışıb: "(İranlılara) bir az silah göndərdik, bunlar İran xalqına çatmalı idi. Lakin silahları çatdırdığımız şəxslər (bölgədəki kürd qrupları) silahları özlərinə saxladılar. Bəzi insanlara çox qəzəbliyəm və bunun bədəlini ağır ödəyəcəklər". O, iddia edib ki, əgər İran xalqının əlində silah olsaydı, ölkə "iki saniyə içində təslim olardı".

    Prezident həmçinin İranın ABŞ-a məxsus iki F-15 qırıcısını vurub salmasını "təsadüf" adlandırıb. Tramp vurğulayıb ki, qırıcılardan bir deyil, hər iki pilot yaralı halda xilas edilib və vəziyyətləri yaxşıdır: "Pilotlardan birini açıqlamadıq, çünki onu ələ keçirdiyimizi bilsəydilər... Buna görə gizli saxladıq".

    #Donald Tramp #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    26 Avqust 2026 21:58

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    İranda inflyasiya çox yüksəkdir, iqtisadiyyat dağılır - Tramp

    26 Avqust 2026 20:14

    İranla danışıqları bərpa etməyə tələsmirəm - Tramp

    26 Avqust 2026 20:10

    Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp

    26 Avqust 2026 19:24

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53
    XƏBƏR LENTİ

    Macidə Əl-Ruminin ən gözəl eşq mahnısı - Sənə söz vermişdim

    Dəniz blokadası İran iqtisadiyyatını çökdürəcək - Bessent

    BƏƏ-nin əmlak bazarında on milyardlarla dollarlıq canlanma

    Azərbaycan nefti bahalaşıb

    Bu günə olan valyuta məzənnələri

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    İsrail İordan çayının qərb sahilini necə dəyişdirir?

    Səudiyyə Ərəbistanının xurma ixracı 533 milyon dollara yaxınlaşıb

    Şəhrizad, cinlər padşahı və 3 qəhrəman: "1001 Threads of Mizan" PC və konsollara gəlir

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.