BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yenidən başlanmasına tələsmədiyini bildirib. O, Tehranla danışıqların bərpası üçün Vaşinqtonun hər hansı vaxt müəyyənləşdirmədiyini deyib.
VOA xəbər verir ki, Donald Tramp İranla danışıqların nə vaxt bərpa oluna biləcəyi ilə bağlı açıqlamasında konkret vaxt cədvəlinin olmadığını vurğulayıb.
“Mən tələsmirəm. Heç bir vaxt cədvəlim yoxdur”, – ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin İrana qarşı iqtisadi mübarizə və hərbi zərbələrin nəticələri barədə danışıb.
ABŞ Prezidenti hər iki vasitənin İrana qarşı təsirli olduğunu düşündüyünü bildirib.
Onun sözlərinə görə, həm iqtisadi təzyiqlər, həm də hərbi zərbələr Vaşinqtonun Tehranla bağlı məqsədlərinin həyata keçirilməsində nəticə verir.
Trampın açıqlaması ABŞ ilə İran arasında danışıqların dayanması və Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqlərini artırması fonunda səsləndirilib.