Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Çin kömək etməsə, Pekin səfəri təxirə salına bilər - Trampın Hörmüz şərti

    16 Mart 2026 13:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çin kömək etməsə, Pekin səfəri təxirə salına bilər - Trampın Hörmüz şərti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Çin hökuməti ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə qurmağı planlaşdırdığı beynəlxalq hərbi koalisiyaya qoşulmaq məsələsində tərəddüd etdiyinə dair işarələr verib.

    VOA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sien Pekində keçirilən brifinqdə rəsmi Pekinin bu koalisiyaya dəvət alıb-almadığı və boğaza hərbi gəmilər göndərib-göndərməyəcəyi ilə bağlı suallardan yayınıb. Sözçü Hörmüz boğazındakı gərginliyin qlobal enerji və mal tədarükünə mənfi təsir göstərdiyini bildirərək, bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və eskalasiyadan qaçmağa çağırıb.

    Prezident Donald Tramp isə "Air Force One" təyyarəsində jurnalistlərə verdiyi açıqlamada, boğazdan keçən neftin təxminən 90 faizinin Asiya və Avropa ölkələrinə getdiyini xatırladaraq, Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya kimi dövlətləri öz gəmilərini bölgəyə göndərməyə səsləyib. O, həmçinin "Financial Times" qəzetinə müsahibəsində Çinin bu məsələdə yardım edib-etməyəcəyindən asılı olaraq, bu ayın sonuna planlaşdırılan rəsmi Pekin səfərini təxirə sala biləcəyini diqqətə çatdırıb. Çin tərəfi isə bu hədəli bəyanatlara cavab verməkdən imtina edərək, bütün tərəflərlə rabitədə olduqlarını qeyd etməklə kifayətlənib.

    Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar və Tehranın buna regional cavab zərbələri endirməsi Hörmüz boğazının bağlanma təhlükəsini yaradıb. Bu toqquşmalarda İranın ali lideri Ayətullah Əli Xameneyi də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi həlak olub, ümumilikdə 1300-dən çox insan dünyasını dəyişib. Çin rəsmiləri regional xaosun qlobal iqtisadi artıma daha böyük zərbə vurmasının qarşısını almaq üçün diplomatik həll yoluna üstünlük verdiklərini vurğulayırlar.

    #Donald Tramp #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın iddiaları #Pekin #Hörmüz boğazı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    22 İyul 2026 19:55

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    22 İyul 2026 19:33

    Tramp İrana qarşı yeni hərbi ultimatum irəli sürdü

    22 İyul 2026 19:20

    İraqın baş naziri sabah İrana səfər edəcək

    22 İyul 2026 18:50

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    22 İyul 2026 18:42

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    22 İyul 2026 18:39

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    22 İyul 2026 18:36
    XƏBƏR LENTİ

    ABŞ-da əsl Toyota Land Cruiser-ə ən yaxın alternativ - Nissan Armada Pro-4X

    Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

    Türkiyədə mənzil satışları iyunda 130 minə yaxınlaşdı – ipoteka satışlarında kəskin artım (ÖZƏL)

    Türklərin İslamı qəbul etmə tarixi: Talas döyüşü və "qılınc müsəlmanı" mifinin cəfəngiyyatı

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    Ekoloji dönüş – Səudiyyə 99,4 milyon hektar torpağı bərpa edir

    Visit Qatar “Qatar Goodwood Festival 2026″nın rəsmi tərəfdaşı oldu

    Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

    İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.