Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    22 İyul 2026 18:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İran ABŞ Prezidenti Donald Trampın ölkənin nüvə obyektlərinə mümkün zərbələrlə bağlı bəyanatından sonra Vaşinqtona sərt cavab verib və istənilən hücumun qarşısını almağa hazır olduğunu bildirib.

    VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlamasında ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə qarşı davamlı təhdidlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüquqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərarlarına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bəyan edib.

    Bəqai bildirib ki, ABŞ-nin bu siyasəti İranın elmi və texnoloji inkişafına qarşı uzunmüddətli düşmənçilik münasibətini nümayiş etdirir.

    Onun sözlərinə görə, İranın bütün nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə beynəlxalq öhdəliklər çərçivəsində tam şəkildə bəyan edilib.

    İran rəsmisi əlavə edib ki, Vaşinqtonun Koləng dağı kimi tanınan və ABŞ tərəfindən "Pickaxe Mountain" adlandırılan əraziyə xüsusi diqqət yetirməsi əsassızdır. O iddia edib ki, həmin ərazidə heç bir nüvə fəaliyyəti həyata keçirilmir və bu məsələ yalnız mümkün hücumlara bəraət qazandırmaq məqsədi daşıyır.

    Bəqayi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunun məsələyə münasibət bildirməməsini tənqid edib.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İran xalqı ölkənin suverenliyinə və milli təhlükəsizliyinə qarşı yönələcək hər hansı düşmənçilik addımına qarşı birlik nümayiş etdirəcək və bütün imkanları ilə cavab verməyə hazırdır.

    #İran #ABŞ #Donald Tramp #Yaxın Şərq #nüvə proqramı #Beynəlxalq hüquq #İsmayıl Bəqayi #Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    22 İyul 2026 19:33

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    İran çətin seçim qarşısındadır

    22 İyul 2026 19:23

    Tramp İrana qarşı yeni hərbi ultimatum irəli sürdü

    22 İyul 2026 19:20

    İraqın baş naziri sabah İrana səfər edəcək

    22 İyul 2026 18:50

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    22 İyul 2026 18:47

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    22 İyul 2026 18:39

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    22 İyul 2026 18:36

    İran ordusu İordaniyadakı hərbi bazaları vurduğunu iddia edib

    22 İyul 2026 18:17

    Lavrov Manila şəhərində ABŞ dövlət katibi ilə görüşəcək

    22 İyul 2026 18:14

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    22 İyul 2026 18:11
    XƏBƏR LENTİ

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    İran çətin seçim qarşısındadır

    Tramp İrana qarşı yeni hərbi ultimatum irəli sürdü

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    İran ABŞ-nin nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verdi

    ABŞ Hörmüz boğazındakı Lərək adasına raket zərbəsi endirib - İran

    Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.