BAKI, VOA, Nailə Babazadə
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi, səfirlik əməkdaşlarına müraciət edərək bölgədəki gərginliklə bağlı kritik xəbərdarlıq edib.
VOA xəbər verir ki, Hakabi personala ünvanladığı məlumatda kəskin ifadə işlədərək, "Ayrılmaq istəyənlər bu gün ayrılmalıdır" deyə bildirib. Bu çağırış ABŞ-ın regiondakı təhlükəsizlik vəziyyətini "yüksək riskli" kimi qiymətləndirdiyinin göstəricisidir.
Səfirin xəbərdarlığı ilə paralel olaraq, ABŞ Dövlət Departamenti İsrailə qarşı səyahət xəbərdarlığını yeniləyib. Nazirlik təhlükəsizlik risklərini əsas gətirərək, ABŞ-ın İsraildəki diplomatik missiyasında çalışan və fəaliyyəti "məcburi" (zorunlu olmayan) hesab edilməyən heyətin, həmçinin onların ailə üzvlərinin ölkəni tərk etmələrinə icazə verildiyini elan edib.
Dövlət Departamentinin rəsmi açıqlamasında bu addımın "mövcud təhlükəsizlik inkişafları və vəziyyətin yenilənmiş qiymətləndirilməsi işığında" atıldığı vurğulanıb. Bildirilib ki, proses regionda baş verən son hadisələr fonunda formalaşıb. ABŞ rəhbərliyi Yaxın Şərqdəki vəziyyəti, xüsusilə İsrail və ətrafındakı hərbi gərginliyi yaxından izləməyə davam etdiyini qeyd edib. Bu qərarın İsrail və qonşu ölkələr arasındakı münaqişənin daha da genişlənməsi ehtimalına qarşı önləyici tədbir olduğu düşünülür.