Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    ABŞ-ın Avropa ölkələrinə əlavə tariflər tətbiq etmək qərarı səhvdir- Aİ

    20 Yanvar 2026 17:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-ın Avropa ölkələrinə əlavə tariflər tətbiq etmək qərarı səhvdir- Aİ
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) çıxışı zamanı ABŞ-ın Avropa ölkələrinə qarşı tətbiq etməyi planlaşdırdığı əlavə gömrük rüsumlarını "səhv" adlandırıb.

    AzerVoice xəbər verir ki, o bildirib ki, Aİ və ABŞ ötən ilin iyulunda ticarət sazişi üzrə razılığa gəliblər və bu razılaşmaya sadiq qalmaq müttəfiqlik borcudur. Fon der Lyayen ABŞ-ın atdığı qeyri-ədalətli addımların yalnız rəqiblərin maraqlarına xidmət edəcəyini vurğulayaraq, Avropanın bu cür addımlara cavabının vahid və mütənasib olacağını qeyd edib.

    Fon der Lyayen çıxışında həmçinin Arktika bölgəsinin təhlükəsizliyi və Qrenlandiya ilə bağlı məsələlərə toxunub. O, Qrenlandiya və Danimarka Krallığı ilə tam həmrəy olduqlarını, ərazi suverenliyinin müzakirə edilə bilməyəcəyini vurğulayıb. Aİ-nin Arktika təhlükəsizliyini mərkəzə alan yeni bir dəstək paketi üzərində işlədiyini deyən Komissiya sədri, Qrenlandiyada genişmiqyaslı investisiya həmləsinə başlayacaqlarını və yerli iqtisadiyyatı dəstəkləyəcəklərini açıqlayıb.

    Avropanın geosiyasi sarsıntılardan bir fürsət kimi istifadə edərək yeni bir "müstəqillik forması" inşa etməli olduğunu bildirən fon der Lyayen, Ukraynaya yardımların davam edəcəyini də təsdiqləyib. O, Ukraynanın müdafiə qabiliyyətini və əsas xidmətlərini təmin etmək üçün 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq kredit ayrılmasına qərar verildiyini bildirib. Eyni zamanda, Avropanın tədarük zəncirlərini şaxələndirdiyini, yaxın gələcəkdə Hindistan ilə tarixi bir ticarət sazişi imzalamaq ərəfəsində olduqlarını və Avstraliya, Filippin, Malayziya kimi ölkələrlə də danışıqların müsbət məcrada davam etdiyini diqqətə çatdırıb.

    #Avropa İttifaqı #Donald Tramp #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #Tramp Zelenski münasibətləri 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.