Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabShow
    ArabShow

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    31 Avqust 2026 15:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Huda Qəttan və Kardi Bi  əməkdaşlığa başlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    İraq əsilli amerikalı vizajist və sahibkar Huda Qəttanın Dubayda əsasını qoyduğu "Huda Beauty" kosmetika brendi "Qremmi" mükafatlı reper Kardi Bi (Cardi B) ilə səs-küylü əməkdaşlığa imza atıb. Tərəfdaşlıq brendin məşhur "Easy Bake" kolleksiyasına daxil olan yeni "Ultra Snatched" bənövşəyi çalarlı fiksasiya toz-pudrasının təqdimatını hədəfləyir.

    Əməkdaşlıq Huda Qəttan və Kardi Binin rol aldığı teatrlı sosial media kampaniyası vasitəsilə elan olunub. Yayımlanan videoda iki ulduzun görüşü "Dəli cümə" ("Freaky Friday") filminin motivlərindən ilhamlanan əyləncəli süjet xəttinə keçir və onlar rollarını dəyişirlər. Yumoristik kampaniyada "Huda Beauty" loqotipi müvəqqəti olaraq "Cardi Beauty" adı ilə əvəzlənib və diqqət mərkəzinə amerikalı reper yerləşdirilib. Videoçarx 10 sentyabrda rəsmi satışa çıxarılacaq "Ultra Snatched" pudrasının ilk görüntüləri ilə yekunlaşır.

    Tərəfdaşlığın əsasını təşkil edən ikiçalarlı pudra dueti istifadəçilərə fərdi makiyaj yaratmaq imkanı verir. Məhsulun çəhrayı və bənövşəyi çalarları ayrı-ayrılıqda və ya qarışdırılaraq istifadə oluna bilər; bu rənglər dərini parlaqlaşdırmaqla yanaşı, üz cizgilərini daha qabarıq və səliqəli göstərmək üçün nəzərdə tutulub.

    "Bodak Yellow", "I Like It" və "Up" kimi qlobal hitləri ilə tanınan Kardi Binin Yaxın Şərqdəki populyarlığı son illər regiona səfərləri, o cümlədən ötən il Ər-Riyadda keçirilən "MDLBEAST Soundstorm" festivalındakı çıxışı ilə daha da artıb.

    Krallıqda olduğu müddətdə Ər-Riyadın "Solitaire Mall" ticarət mərkəzində görünən reper "Instagram"dakı canlı yayımında təəssüratlarını bölüşərək ölkənin dəbdəbəsini və qonaqpərvərliyini yüksək qiymətləndirmişdi: "Bu ölkə çox lüksdür... Qaldığım otaqda şəxsi idman zalım var və qastrol səfərlərinə hazırlaşmaq üçün burada məşq edirəm. Balaca uşaqlardan böyüklərə qədər hər kəs məni tanıyır. Buradakı insanlar olduqca nəzakətli və mehribandırlar. Gördüyüm ən xoşrəftar insanlardandırlar".

    View this post on Instagram

    A post shared by H̶U̶D̶A̶ CARDI BEAUTY (@hudabeauty)

    #ArabShow #Huda Qəttan #Huda Beauty #Qremmi #Cardi B #Easy Bake #Ultra Snatched #Freaky Friday #Huda Beauty Kardi Bi əməkdaşlığı 2026 #Huda Qəttan Ultra Snatched pudra #Easy Bake kolleksiyası yeni məhsul #Cardi B Huda Beauty reklam kampaniyası #Kardi Bi Ər Riyad səfəri və açıqlamaları #MDLBEAST Soundstorm Kardi Bi konserti #Huda Beauty Cardi B Ultra Snatched collaboration #Huda Kattan Easy Bake collection new release #Cardi B and Huda Kattan swap lives in hilarious Freaky Friday-inspired promo #MDLBEAST
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    31 Avqust 2026 15:47

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    29 Avqust 2026 20:56

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    24 Avqust 2026 09:33

    Zərgərlik evi Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    23 Avqust 2026 12:26

    Cəfər Cekson şəxsi musiqi karyerasını niyə dayandırdı?

    23 Avqust 2026 12:15

    Amina Muaddi "Lancome"un yeni siması oldu - "La vie est belle Very Cherry" çarxı yayımlandı

    19 Avqust 2026 20:35

    Şakiranın Əbu-Dabi konserti təxirə salındı

    19 Avqust 2026 10:34

    Çinli ulduz Makaoda Livan dəb evinə üstünlük verdi

    18 Avqust 2026 11:53

    Alış-veriş etməzdən əvvəl mütləq oxuyun: Dubay mağazalarında nələrə diqqət etməlisiniz?

    18 Avqust 2026 07:47

    Pom Klementyeff iki ildən sonra yenidən Əbu-Dabi komiks festivalına qayıdır

    15 Avqust 2026 18:05

    Ər-Riyaddan Dubaya - Ərəb dünyasının ən məşhur 6 moda evi hansılardır

    13 Avqust 2026 12:44
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.