Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İran rəsmisi Trampın 800 edamın ləğvi ilə bağlı bəyanatını təkzib etdi

    18 Yanvar 2026 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran rəsmisi Trampın 800 edamın ləğvi ilə bağlı bəyanatını təkzib etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İran hakimiyyətinin 800-dən çox edam qərarını ləğv etməsi barədəki açıqlamalarına reaksiya verib.

    AzerVoice xəbər verir ki, Bəqayi həftəlik mətbuat konfransında çıxış edərək bu ifadələri məsuliyyətsiz və həqiqətdən uzaq adlandırıb. O qeyd edib ki, məhkəmə prosesləri müəyyən zaman tələb edir və bu qədər əhəmiyyətli məsələ barədə belə sürətli qərar verilməsi hüquqi baxımdan mümkün deyil.

    Bəqayi ölkədəki etirazlar zamanı bəzi səfirliklərin bağlanması barədə yayılan xəbərlərə də aydınlıq gətirib. O bildirib ki, internetin kəsilməsi və yaranan narahatlıq səbəbindən bəzi diplomatlar müvəqqəti olaraq ölkələrinə qayıtsalar da, heç bir səfirlik tamamilə bağlanmayıb. İran tərəfi gedən diplomatların tezliklə geri dönəcəyinə və səfirliklərin fəaliyyətinin normallaşacağına ümid etdiyini vurğulayıb.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində etdiyi paylaşımda İran rəhbərliyinin bir gün əvvəl planlaşdırılan 800-dən çox edam hökmünü ləğv etməsinə böyük hörmətlə yanaşdığını bildirərək Tehran administrasiyasına təşəkkür etmişdi. Lakin rəsmi Tehran belə bir kütləvi edam planının və ya ləğv qərarının olmadığını bildirir.

    İranda 2025-ci ilin dekabr ayının sonunda iqtisadi çətinliklər və yerli valyutanın dəyərdən düşməsi səbəbindən başlayan etirazlar ölkə genelinə yayılmışdı. HRANA insan haqları agentliyinin yanvarın ortalarına olan məlumatına görə, hadisələr zamanı 3308 nəfər həyatını itirib, 24 266 nəfər isə saxlanılıb. Hazırda ölkədə nümayişlərin böyük ölçüdə səngidiyi müşahidə olunur.

    #İran #etirazlar #etirazçılar #Etiraz aksiyası #siyasi etiraz #İran rəsmilərinin etirazı #əsgər etirazları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    21 İyul 2026 19:57

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    21 İyul 2026 19:15

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    21 İyul 2026 19:05

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    21 İyul 2026 19:03

    İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

    21 İyul 2026 19:00

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    20 İyul 2026 22:44
    XƏBƏR LENTİ

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.