#etirazlar

İrandan sürgündə yaşayan Rza Pəhləvi mərhum ali rəhbərin dəfn mərasimini sərt tənqid edib. O, Xameneini “ölmüş diktator” adlandırıb. Pəhləvi ölkədə minlərlə insanın öldüyünü və repressiyaların davam etdiyini iddia edib. O, mərasimin “təbliğat şousu” olduğunu bildirib. Siyasətçi tədbirə böyük maliyyə xərcləndiyini qeyd edib. O, demokratik liderlərin iştirak etməməsini diqqətə çatdırıb. Rza Pəhləvi İranda dəyişiklik çağırışı edib.

Livan Ordusu ölkədə artan etirazlar fonunda vətəndaşlara məsuliyyətli davranmaq çağırışı edib. Ordu komandanlığı açıqlamasında fikir ifadə azadlığına hörmət etdiyini, lakin ictimai asayişin qorunmasının vacibliyini vurğulayıb. Beyrut və digər bölgələrdə keçirilən etiraz çağırışları fonunda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Ordunun bəyanatına görə, ictimai sülhə və təhlükəsizliyə zərər verəcək hərəkətlərə yol verilməyəcək. Etirazların İsrail və Livan arasında imzalanan çərçivə sazişindən sonra baş verdiyi qeyd olunur. Ölkədə siyasi gərginlik davam edir. Rəsmilər vəziyyəti nəzarətdə saxlamağa çalışır. Hadisələrin inkişafı diqqətlə izlənilir.

Hizbullah Livanın cənubunda “Azadlıq və Müqavimət Günü”nü qeyd edərək İsrailin sərhəd boyunca mövqelərini tənqid edib və növbəti “azadlıq” vədini verib. 2000-ci ildən fərqli olaraq, hazırda Livanın cənubu aktiv müharibə zonasıdır, İsrail bir sıra kəndləri nəzarətdə saxlayır, cavab zərbələri isə Sur və Nəbatiyə şəhərlərinə yönəlib. Hizbullah partlayıcı dronlardan istifadə edərək döyüş meydanında üstünlük qazanacağını bildirir, eyni zamanda İranın Livandakı təsir imkanlarını vurğulayır və hökuməti ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir. Bu vəziyyət ölkədə siyasi parçalanmanı artırır və baş katib Naim Qasim hökumətin silahsızlaşdırma qərarına qarşı etirazlar və potensial hökumət devrilməsi ehtimalına işarə edib.

ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmə" çağırışı edib. ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan xəbərdarlıqda vətəndaşlardan Vaşinqtonun köməyinə güvənmədən, təcili çıxış planı hazırlamaları istənilib.

ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.

İranda iqtisadi çətinliklər və yerli valyutanın dəyər itirməsi səbəbindən başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayı 3 min 919 nəfərə yüksəlib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlarla bağlı son hesabatını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində baş verən hadisələr zamanı indiyədək 24 min 669 nəfər saxlanılıb. Agentlik qeyd edib ki, yalnız son bir gündə təsdiqlənmiş ölüm hallarının sayı 3 min 308-dən sürətlə artaraq hazırkı həddə çatıb. Xatırladaq ki, etirazlar 2025-ci ilin dekabrında Tehranda başlayaraq qısa müddətdə ölkə boyu genişlənib və yanvarın 8-də paytaxtda toqquşmaların şiddətlənməsi ilə nəticələnib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İran hakimiyyətinin 800-dən çox edam qərarını ləğv etməsi barədəki açıqlamalarına reaksiya verib. Bəqayi həftəlik mətbuat konfransında çıxış edərək bu ifadələri məsuliyyətsiz və həqiqətdən uzaq adlandırıb. O qeyd edib ki, məhkəmə prosesləri müəyyən zaman tələb edir və bu qədər əhəmiyyətli məsələ barədə belə sürətli qərar verilməsi hüquqi baxımdan mümkün deyil.

İranda davam edən kütləvi etiraz aksiyalarında həyatını itirənlərin sayı kəskin artaraq 2 min 677 nəfərə çatıb. ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkənin bir çox nöqtəsində baş verən hadisələrdə 2 min 600-dən çox insanın yaralandığını, 19 min 97 nəfərin isə saxlanıldığını açıqlayıb. Qeyd olunub ki, son 24 saat ərzində can itkisi faktlarında artım müşahidə olunub. İran rəsmiləri isə nümayişlərdə ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

İranda iqtisadi böhran fonunda genişlənən etiraz aksiyaları səbəbindən Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Polonya daxil olmaqla bir çox Avropa İttifaqı (Aİ) ölkəsi vətəndaşlarına təcili xəbərdarlıq edib. Ölkələrin xarici işlər nazirlikləri yanvarın 8-dən etibarən Tehranda şiddətlənən hadisələri nəzərə alaraq vətəndaşlarını mövcud imkanlarla İranı tərk etməyə və bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb. İspaniyanın xarici işlər naziri Jose Manuel Albares bölgədəki vəziyyəti "çox mürəkkəb" adlandıraraq birtərəfli xarici müdaxilənin İrana sabitlik gətirməyəcəyini və ölkənin dinc yolla demokratik gələcəyə addımlamasının vacibliyini vurğulayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi İrandakı son vəziyyətlə bağlı ölkənin şərq sərhədlərində görülən genişmiqyaslı təhlükəsizlik tədbirləri barədə məlumat yayıb. Nazirliyin həftəlik brifinqində 560 kilometrlik İran sərhədinin hər cür hava və ərazi şəraitində 24 saat fasiləsiz qorunduğu bildirilib. Sərhəd xətti boyunca texnoloji vasitələrlə gücləndirilmiş fiziki təhlükəsizlik sistemlərinin qurulduğu və bölmələrin imkanlarının mütəmadi artırıldığı qeyd olunub.

ABŞ hökuməti İranda davam edən etirazlar və təhlükəsizlik risklərinin artması fonunda ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, təhlükəsizlik şəraiti imkan verdiyi halda, ABŞ vətəndaşları quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçməyi nəzərdən keçirməlidirlər. Bildirişdə Türkiyə ilə sərhəddə yerləşən Gürbulak, Kapıköy və Esendere gömrük-keçid məntəqələrinin açıq olduğu xüsusi vurğulanıb.