Serbiyanın Novi Sad şəhərində minlərlə insan növbədənkənar seçkilər tələbi ilə etiraz aksiyası keçirib. Aksiya 2024-cü ildə vağzalda baş vermiş və 16 nəfərin ölümü ilə nəticələnmiş faciənin ildönümünə təsadüf edib. Etirazçılar hadisəni korrupsiya və idarəetmə problemləri ilə əlaqələndirirlər. Tələbələrin rəhbərlik etdiyi etiraz hərəkatı ölkə üzrə geniş dəstək qazanıb. Nümayişçilər Prezident Aleksandar Vuçiçi və hakim partiyanı tənqid ediblər. Aksiyada minlərlə insan iştirak edib. Etirazçılar azad və ədalətli seçkilərin keçirilməsini tələb edirlər. Serbiyada siyasi gərginlik davam edir.
#Etiraz aksiyası
Yeni Dehlidə “Tarakanlar Partiyası”nın təşkil etdiyi etiraz aksiyası yüzlərlə gəncin iştirakı ilə keçib. Etirazçılar tarakan maskaları taxaraq təhsil və məşğulluq sahəsində bərabər imkanlar tələb ediblər. Hərəkat əvvəlcə sosial şəbəkələrdə zarafat kimi ortaya çıxsa da, qısa müddətdə Hindistan gənclərinin narazılığının simvoluna çevrilib və internetdəki etirazlar real siyasi və ictimai aksiyaya çevrilib.
İrlandiya–Qətər futbol oyunu zamanı Fələstinə dəstək məqsədilə keçirilən etiraz aksiyası qarşılaşmanın gedişinə təsir göstərib. Etirazçılar meydana Fələstin bayrağı təsvir edilmiş tennis topları atıb, tribunada isə müharibəyə etiraz məzmunlu bannerlər nümayiş etdiriblər. İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson hər kəsin etiraz hüququna malik olduğunu desə də, aksiyanın oyunun axarına mənfi təsir göstərdiyini bildirib. Hadisə idman və siyasi etirazlar arasındakı sərhədlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Böyük Britaniyanın paytaxtı Londonda on minlərlə insan iki ayrı etiraz aksiyasında iştirak edib. Polis təhlükəsizliyin təmin olunması üçün minlərlə əməkdaş və xüsusi texniki vasitələr səfərbər edib.
İran məhkəmə orqanlarının məlumatına əsasən, hərbi obyektə hücum cəhdində ittiham olunan Əli Fəhim edam olunub. Bununla yanaşı, beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Amnesty International, edamları tənqid edərək onları qeyri-insani adlandırıb və bəzi etirafların işgəncə yolu ilə alındığını iddia edib.
İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar fonunda Türkiyənin “konstruktiv rolu”nu vurğulayaraq Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidana təşəkkür edib. Dövlət televiziyasının məlumatına görə Pezeşkian İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehrandakı Azadi meydanında çıxış edib. Pezeşkian çıxışında Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də “problemlərin diplomatiya yolu ilə həllinə” töhfə verməyə çalışdığını qeyd edib. O, İranın nüvə silahı istehsal etməyə çalışmadığını bildirib, ABŞ və Avropadan gələn bəyanatların “etimadsızlıq divarı” yaratdığını və bu səbəbdən danışıqların nəticə vermədiyini deyib.
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.
ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.
İranda iqtisadi çətinliklər və yerli valyutanın dəyər itirməsi səbəbindən başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayı 3 min 919 nəfərə yüksəlib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlarla bağlı son hesabatını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində baş verən hadisələr zamanı indiyədək 24 min 669 nəfər saxlanılıb. Agentlik qeyd edib ki, yalnız son bir gündə təsdiqlənmiş ölüm hallarının sayı 3 min 308-dən sürətlə artaraq hazırkı həddə çatıb. Xatırladaq ki, etirazlar 2025-ci ilin dekabrında Tehranda başlayaraq qısa müddətdə ölkə boyu genişlənib və yanvarın 8-də paytaxtda toqquşmaların şiddətlənməsi ilə nəticələnib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İran hakimiyyətinin 800-dən çox edam qərarını ləğv etməsi barədəki açıqlamalarına reaksiya verib. Bəqayi həftəlik mətbuat konfransında çıxış edərək bu ifadələri məsuliyyətsiz və həqiqətdən uzaq adlandırıb. O qeyd edib ki, məhkəmə prosesləri müəyyən zaman tələb edir və bu qədər əhəmiyyətli məsələ barədə belə sürətli qərar verilməsi hüquqi baxımdan mümkün deyil.
ABŞ-ın Virciniya ştatı mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyalarında həyatını itirənlərin sayının 3 min 90-a yüksəldiyini açıqlayıb. İran rəsmiləri indiyədək etiraz aksiyaları zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, daha əvvəl yayılan məlumatlarda, hadisələri təxribat məqsədilə yönləndirdiyi və ya terror təşkilatları ilə əlaqəli olduğu iddia edilən təxminən 3 min nəfərin saxlanıldığı bildirilmişdi.
Türkiyə Milli Müdafiə Nazirliyi İrandakı son vəziyyətlə bağlı ölkənin şərq sərhədlərində görülən genişmiqyaslı təhlükəsizlik tədbirləri barədə məlumat yayıb. Nazirliyin həftəlik brifinqində 560 kilometrlik İran sərhədinin hər cür hava və ərazi şəraitində 24 saat fasiləsiz qorunduğu bildirilib. Sərhəd xətti boyunca texnoloji vasitələrlə gücləndirilmiş fiziki təhlükəsizlik sistemlərinin qurulduğu və bölmələrin imkanlarının mütəmadi artırıldığı qeyd olunub.