Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Fələstin maraqlarının irəli aparılması üçün vahid rəhbərlik zəruridir - Qətər

    3 Noyabr 2025 12:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fələstin maraqlarının irəli aparılması üçün vahid rəhbərlik zəruridir  - Qətər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qətərin Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Thani bildirib ki, Fələstin xalqının maraqlarının effektiv şəkildə müdafiə edilməsi və idarəetmənin təmin olunması üçün vahid rəhbərlik əsas şərtdir. O, müvafiq fikirləri CNN-in aparıcısı Fərid Zakariyaya verdiyi müsahibədə dilə gətirib.

    AzerVoice xəbər verir ki, baş nazir qeyd edib ki, Doha qətiyyətlə Fələstin Administrasiyasını (PA) Qəzza və İordan çayı qərb sahəsinin idarəçiliyinə cavabdeh yeganə qurum kimi görür. “Əslində biz istəyirik ki, Fələstin Administrasiyası Qəzza və Qərb Sahilinin idarəçiliyinə cavabdeh yeganə qurum olsun.”-deyə o qeyd edib.

    Şeyx Məhəmməd bin Əbdürrəhman xatırladıb ki, hazırda FƏTH və PA daxil olmaqla bütün Fələstin fraksiyaları arasında danışıqlar gedir.

    Məqsəd keçid dövründə Qəzzanı idarə edəcək, siyasi təsirdən uzaq texnokrat komitənin yaradılmasıdır: “Bu texnokrat komitə apolitik olacaq, keçid dövründə Qəzzaya nəzarət edəcək və müəyyən şəkildə Fələstin Administrasiyasına bağlı olacaq. İslahatlar həyata keçirildikdən sonra Fələstin Administrasiyası Qəzza və Qərb Sahilinin idarəçiliyini birgə üzərinə götürməlidir. Biz bu iki vahidi ayıra bilmərik - onlar bir vahiddirlər, gələcək Fələstin dövlətidir.”

    Baş nazir çıxışında iki dövlətli həllin zəruriliyini də təkrar edib və bəzi siyasətçilərin fərqli həllərə dair ümidlərini “arzuolunan düşüncə” adlandıraraq belə qeyd edib: “Biz nə edirik, nə deyirik — bəzi siyasətçilərin, bəlkə də İsraildə, iki dövlətli həlldən başqa fərqli variantların olduğu barədə arzu dolu fikirləri var; amma iki dövlətli həlldən başqa çıxış yolu yoxdur.”

    #Qəzza #Qəzza zolağı #Qətər #Doha #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Fələstin administrasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kuşner və Netanyahu Qəzza ilə bağlı gələcək yol xəritəsi üzrə razılığa gəlib

    17 Avqust 2026 20:03

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    17 Avqust 2026 18:17

    İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb

    17 Avqust 2026 12:04

    Trampın xüsusi nümayəndəsi HƏMAS lideri ilə görüşüb

    17 Avqust 2026 10:55

    Doha startaplar və sahibkarlıq üçün regional mərkəzə çevrilir

    17 Avqust 2026 10:31

    Qətər iqtisadiyyatının güclü tərəfləri və qarşıda duran risklər nədir?

    16 Avqust 2026 19:24

    HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib

    16 Avqust 2026 18:13

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25

    Qəzzada dağıntılar altından 21 fələstinlinin qalıqları tapılıb

    15 Avqust 2026 20:33

    Qətər beynəlxalq ictimaiyyəti İsrailli köçkünlərin hücumlarına qarşı tədbir görməyə çağırıb

    15 Avqust 2026 18:46

    Qəzzada su böhranı daha da ağırlaşıb - BMT

    15 Avqust 2026 18:05

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    15 Avqust 2026 18:02
    XƏBƏR LENTİ

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.