#Fələstin administrasiyası

Qətərin Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Thani bildirib ki, Fələstin xalqının maraqlarının effektiv şəkildə müdafiə edilməsi və idarəetmənin təmin olunması üçün vahid rəhbərlik əsas şərtdir. O, müvafiq fikirləri CNN-in aparıcısı Fərid Zakariyaya verdiyi müsahibədə dilə gətirib. Baş nazir qeyd edib ki, Doha qətiyyətlə Fələstin Administrasiyasını (PA) Qəzza və İordan çayı qərb sahəsinin idarəçiliyinə cavabdeh yeganə qurum kimi görür. “Əslində biz istəyirik ki, Fələstin Administrasiyası Qəzza və Qərb Sahilinin idarəçiliyinə cavabdeh yeganə qurum olsun.”-deyə o qeyd edib.

Nəşrin yazdığına görə, Qüdsdəki İcra Ofisi son günlərdə 25 milyon yeni şekeli (təxminən 7,54 milyon dollar) məbləğində vəsaiti, hücumlarda öldürülən və yaralananların ailələrini təmsil edən vəkillərin hesablarına köçürüb. Bu, İsrail Maliyyə Nazirliyində Fələstin Administrasiyasına məxsus vəsaitlər üzərinə qoyulan həbs qərarı əsasında həyata keçirilib.

HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza planına dair gözlənilməz cavabı Yaxın Şərqdə diplomatik dinamikanı alt-üst edib. Hərəkat “Trampın planında nəzərdə tutulan məhbus mübadiləsi formatı əsasında bütün israilli əsirləri azad etməyə hazır olduğunu” bəyan etməklə həm Qəzzadakı müharibənin gedişatına, həm də beynəlxalq münasibətlərə ciddi təsir göstərdi.

ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.