Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Kanadalı yazıçılar İsrailə dəstəyinə görə məhşur mükafatdan imtina ediblər

    11 İyul 2024 18:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kanadalı yazıçılar İsrailə dəstəyinə görə məhşur mükafatdan imtina ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Kanadada yazıçılara verilən prestijli Scotiabank Giller Mükafatına namizədlər siyahısında olan 15 yazıçı, mükafatın sponsorlarının İsrail silah istehsalçıları ilə əlaqələri səbəbiylə əsərlərini müsabiqədən geri götürüblər.

    AzerVoice xəbər verir ki, müəlliflər dünən Giller Fonduna göndərdikləri məktubda “Giller Fondu İsrail tərəfindən Fələstinə qarşı həyata keçirilən işğalın birbaşa sərmayədarı olan hər hansı sponsordan maliyyə dəstəyi almağa davam etdikcə, o soyqırımın ortağı olaraq qalacaq” deyə bildiriblər.

    Müvəffəqiyyətli yazıçılara verilən təqribən 73 min dollar dəyərində nüfuzlu mükafat üçün göstərilən namizədlər siyahısında olan 15 nəfər müsabiqədən çəkildiklərini elan ediblər. Yazıçılar olaraq əsərlərinin silahların maliyyələşdirilməsinə və İsrailin Fələstinlilərə qarşı davam edən soyqırımına aktiv şəkildə sərmayə qoyan sponsorlara pərdə kimi istifadə edilməsinə dözə bilmədiklərini ifadə ediblər.

    Daha əvvəl Scotiabank Giller Mükafatını qazanmış 5 nəfər tərəfindən də imzalanmış məktubda müəlliflər Giller Fondunun sponsorlarından biri olan Scotiabank-ı İsrailin silah şirkəti Elbit Systems-dəki sərmayələrini geri çəkməyə çağırıb. Həmçinin, Azrieli Fondu, Indigo və Audible kimi sponsorların da Fələstinlilərə qarşı fəaliyyətlərdən imtina etməsi tələb olunub.

    Qeyd edilib ki, 2023-cü ildə etirazlar nəticəsində Elbit Systems-ə qoyduğu sərmayələrin yarısını geri çəkən Scotiabank-ın hələ də bu şirkətdə “milyonlarla dollar” investisiyası var.

    Müəlliflər, Azrieli Vəqf Qrupunun "işğal olunmuş İordan çayının qərb sahilində beynəlxalq hüquqa görə qeyri-qanuni olan yaşayış məntəqələrində biznes fəaliyyətini davam etdirdiyini" və "sionist müstəmləkəçi məskunlaşma layihəsini genişləndirmək üçün İsrailə immiqrasiyanı təşviq etdiyini" vurğulayaraq, Kanadanın ən böyük kitab satışı şirkəti olan Indigo-nun da "İşğalçı İsrail qüvvələrində xidmət etmək, fələstinliləri evlərindən köçürmək, onlara qarşı terror əməli törətmək və öldürmək üçün" İsrail vətəndaşı olmayanlara təqaüd verdiyini söylədi.

    Həmçinin, Amazon-a məxsus Audible şirkəti də Palantir texnologiya şirkəti ilə də əməkdaşlıq edir, hansi ki, bu şirkətin rəhbəri İsrailə açıq-aşkar ictimai dəstək göstərdiyi, “başqa sözlə, soyqırımı dəstəklədiyi” üçün işçilərini itirmişdi.

    Əsərlərini namizədlər siyhısından geri çəkən 15 yazıçı həmkarlarının da onlara qoşulmasını istəyib.

    Qeyd edək ki, Giller Fondu hadisə ilə bağlı bir açıqlama verməyib.

    Kanadalı yazıçılar İsrailə dəstəyinə görə məhşur mükafatdan imtina ediblər
    #İsrail #Fələstin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanlı deputat: Xalq müharibədən və dağıntılardan yorulub

    20 İyun 2026 22:18

    Qəzzada İsrail zərbəsi nəticəsində "Əl-Cəzirə"nin operatoru həlak olub

    20 İyun 2026 22:02

    Netanyahu: İsrail qoşunları Livanın cənubunda qalacaq

    20 İyun 2026 21:46

    Livanla bağlı memorandum ABŞ və İsrail arasında fikir ayrılığını dərinləşdirir

    20 İyun 2026 21:27

    Livan ordusu İsraili nədə ittiham edir?

    20 İyun 2026 21:15

    Tramp Netanyahu ilə bağlı məqaləni paylaşıb, İsraildə seçki müzakirələri yenidən gündəmə gəlib

    20 İyun 2026 21:05

    İsrail Hizbullahı atəşkəsi davamlı şəkildə pozmaqda ittiham edib

    20 İyun 2026 20:55

    Hizbullah: İsrailin hücumları ABŞ-İran razılaşmasını pozmağa yönəlib

    20 İyun 2026 20:48

    Netanyahu və İsrail Kats Livanın cənubunda atəşin dayandırılması barədə göstəriş verib

    20 İyun 2026 20:44

    Livan: İsrailin hücumları nəticəsində 4 mindən çox insan həlak olub

    20 İyun 2026 20:40

    Livan məsələsi ABŞ və İsrail arasında görünməmiş fikir ayrılığı yaradıb

    20 İyun 2026 20:13

    İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının bağlandığını bildirib

    20 İyun 2026 20:07
    XƏBƏR LENTİ

    İsveçrədə İran–ABŞ danışıqları başladı

    Linuxda şəbəkə idarəçiliyi və diaqnostika: Ping, Ifconfig və Netstat komandaları

    İran və ABŞ arasında yeni danışıqlar: dondurulmuş aktivlər və neft ixracı müzakirə olunacaq

    Sina sərhədində hərbi mərkəz: Əl-Əriş şəhəri Qəzzanın yeni idarəetmə nüvəsinə çevrilir

    Breaking Bad-in aktyoru İslam dinini qəbul edib

    Halil İnalcıkın nəzəriyyəsi: Sultan II Mehmedin imperiyanın həqiqi qurucusu olmasının elmi sübutları

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib

    Slavyan kəndlərinin gizli tarixi: Antisanitariya, ağır adətlər və daxma həyatı

    Şirin Ebadinin İslam və demokratiya fəlsəfəsi - Bu gün onun doğum günüdür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.