Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    2024-cü ildə dünya tarixində ən isti il yaşanıb

    8 Yanvar 2025 10:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    2024-cü ildə dünya tarixində ən isti il yaşanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Avropa Birliyinin Copernicus Peyk İzləmə Sistemi 2024-cü ilin indiyədək ən isti il olaraq qeydə alındığını açıqlayıb, bu isə 1850-ci ildən bəri qlobal temperaturun qeydə alındığı dövr ərzində ən yüksək göstəricidir.

    AzerVoice xəbər verir ki, Copernicus tərəfindən yayımlanan hesabatda bildirilir ki, 2024-cü ildə qlobal orta temperatur 15,10 dərəcə olub.

    Bu göstərici, 1991-2020-ci illərin orta temperaturundan 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə daha yüksəkdir.

    Ən diqqətçəkən məqam isə 2024-cü ilin sənayedən əvvəlki dövr (1850-1900) ilə müqayisədə qlobal temperaturun ilk dəfə 1,5 dərəcədən çox artdığı il kimi tarixə düşməsidir. 2023-cü ildə bu göstərici 1,48 dərəcə təşkil etmişdi.

    2024-cü il iyulun 22-də dünya gündəlik qlobal orta temperatur rekordunu 17,16 dərəcə ilə qırıb. Bu, planetin tarixində bir gün ərzində qeydə alınan ən yüksək orta temperatur olub.

    Hesabata görə, 2024-cü ilin yanvarından iyun ayına qədər olan dövr ərzində hər ay, əvvəlki ilin eyni ayı ilə müqayisədə daha isti keçib. Bununla yanaşı, 2024-cü ilin yayı da tarixdə ən isti yay kimi qeyd olunub.

    Ekspertlər iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səviyyədə daha qətiyyətli addımların atılmasının zəruri olduğunu vurğulayırlar.

    #Avropa Birliyi #istiləşmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniyadan ABŞ-a mesaj: İran böhranına baxmayaraq NATO birliyi qorunacaq

    9 May 2026 20:45

    Avropa Birliyinin Türkiyəyə ehtiyacı var - Ərdoğan

    9 May 2026 13:58

    İspaniya Türkiyədən HÜRJET reaktiv təlim təyyarələrini idxal edəcək

    28 Aprel 2026 15:33

    BMT məruzəçiləri Avropa Birliyini İsrail ilə ticarət sazişini dayandırmağa çağırıb

    20 Aprel 2026 21:42

    Avropa Birliyi Yaxın Şərq ölkələrinə 458 milyon avro humanitar yardım ayırır

    16 Mart 2026 15:44

    Türkiyənin Avropa Birliyi ölkələrinə ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    1 Mart 2026 13:15

    Türkiyənin Avropa Birliyinə ixracı 116 milyard dolları ötüb (ÖZƏL)

    13 Fevral 2026 18:00

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Türkiyə Yunanıstanın qeyri-hüquqi addımını rədd edir - Türkiyə XİN

    21 Noyabr 2025 11:16

    İyul ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracı 10 milyon dolları keçib (ÖZƏL)

    1 Sentyabr 2025 11:13

    Avtomobillərin rəngi şəhərlərin istiləşməsini sürətləndirir

    31 Avqust 2025 14:24

    İspaniyada 1961-ci ildən bəri ən güclü istilik dalğası qeydə alınıb

    25 Avqust 2025 10:27
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.