Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Afrikada Fransız Mirasının Sonu: Niger və Digər Ölkələr Nə Planlaşdırır?

    19 Mart 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Afrikada Fransız Mirasının Sonu: Niger və Digər Ölkələr Nə Planlaşdırır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Nigerin Beynəlxalq Frankofoniya Təşkilatından çıxması, Fransanın keçmiş müstəmləkələrindəki təsirinin təkcə zəifləmədiyini, həm də sürətlə çökmə mərhələsinə daxil olduğunu göstərir. Artıq bu, sadəcə siyasi etirazlar və ya müqavilələrin yenidən müzakirə olunması tələbi deyil, əksinə, fransız hegemoniyasından tam azad olmaq istəyən Afrika dövlətlərinin strateji seçimidir. Bu azadlıq mübarizəsi təkcə dil sahəsində deyil, iqtisadi və hərbi səviyyədə də aparılır.

    Niger, Frankofoniya Təşkilatının qurulmasının 55-ci ildönümü ərəfəsində bu təşkilatdan çıxdığını elan etdi. Hökumət bazar ertəsi günü akkreditə olunmuş səfirlərə göndərdiyi məktubda bildirdi. “Sizi məlumatlandırmaqdan şərəf duyuram ki, 7 mart 2025-ci il tarixli qeyri-rəsmi memorandum əsasında Niger hökuməti suveren şəkildə Beynəlxalq Frankofoniya Təşkilatından çıxmaq qərarına gəlib.”-deyə məlumatda bildirilir.

    Yerli mənbələr bildirir ki, Niamey bu qərarı Səhil Dövlətləri İttifaqındakı tərəfdaşları – Mali və Burkina Faso hökumətləri ilə bölüşüb və ittifaq səviyyəsində də yeni qərarların qəbul ediləcəyi gözlənilir. Bu isə Fransaya qarşı suverenlik uğrunda aparılan mübarizənin üç ölkə arasında genişlənə biləcəyini göstərir. Qeyd edək ki, 2023-cü ilin dekabrında Nigerin keçid hökuməti, Beynəlxalq Frankofoniya Təşkilatının Nigerin üzvlüyünü dayandırması qərarına cavab olaraq, bu təşkilatla bütün əməkdaşlıq formalarını dayandırmışdı.

    Nigerin Frankofoniya Təşkilatından çıxması, təşkilata ciddi bir zərbə vurur. 20 mart 1970-ci ildə məhz Niameydə rəsmi olaraq təsis edilən bu təşkilatın əsas məqsədi fransız dilinin yayılmasını və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək idi. Təşkilatın əsasını Nigerin o zamankı prezidenti Hamani Diori, Seneqalın lideri Leopold Sedar Senqor, Tunisin dövlət başçısı Habib Burqiba və Kambocanın şahzadəsi Norodom Sihanuk qoymuşdular.

    Beynəlxalq Frankofoniya Təşkilatının hazırda 88 üzvü var və onun fəaliyyəti təkcə dilin təbliği ilə məhdudlaşmır, həm də rəqəmsal sahədə əməkdaşlıq, gender bərabərliyi və iqtisadi məsələləri əhatə edir. Ancaq son illərdə təşkilat, ingilis, çin və ispan dillərinin artan nüfuzu qarşısında zəifləməkdədir. Hətta ərəb dili də getdikcə daha geniş yayılır və bu dilə maraq həm yerli əhali, həm də digər millətlər arasında artır.

    Müşahidəçilər bildirirlər ki, Nigerin bu addımı, Frankofoniya Təşkilatının Fransanın "yumşaq gücü" olma missiyasını uğursuz yerinə yetirdiyi qənaətindən qaynaqlanır. Nigerin təşkilatdan çıxması, ölkənin siyasi, mədəni və geosiyasi kimliyində əsaslı bir dəyişikliyi əks etdirir.

    “Milli Yenidənqurma Sessiyaları” çərçivəsində çıxış edərkən vurğulayıb ki, “Ölkənin maraqları hər cür bölünmə və fərdi sədaqətlərdən üstün olmalıdır. Nigerin mövcudluğu, özəl maraqların davamlılığını təmin edən əsas faktordur.”-deyə Nigerin hərbi lideri, general Abdelrahman Tçiani deyib.

    O, həmçinin ölkənin birliyi üçün bütün vətəndaşları əməkdaşlığa və daxili münaqişələri kənara qoymağa çağırıb.

    Tçiani, afrikadakı qeyri-sabitliyi "idxal olunmuş terrorizm" kimi dəyərləndirib və bu təhlükənin aradan qaldırılması üçün bölgəni təhlükəsizlik və inkişaf mərkəzinə çevirməyin vacibliyini vurğulayıb. “Heç bir ölkə daxili qarşıdurmalar və bölünmələr içində inkişaf edə bilməz. Niger yalnız öz övladlarının birliyi və həmrəyliyi ilə çiçəklənə bilər” – deyə o əlavə edib.

    Nigerin dövlət başçısı xalqa barışıq çağırışı edərək deyib: “Hamını bağışlamağa və keçmişi unutmağa çağırıram. Bunu etmək çətin ola bilər, amma əgər bir şey dəyərlidirsə, o, asan olmamalıdır.”

    #Niger #Fransa koloniyaları #Frankofoniyanın çöküşü #Niger Frankofoniya təşkilatından çıxdı #Afrika və fransız dili #Nigerin suverenlik mübarizəsi #Fransanın Afrikadakı kolonial təsiri #Afrikada fransız dilinin tənəzzülü #Frankofoniyanın gələcəyi #Nigerin Beynəlxalq Frankofoniya Təşkilatından çıxması #Afrika və dil siyasəti #Nigerin geosiyasi dönüşü #Frankofoniya və müstəmləkəçilik #Afrikada ərəb dilinin yüksəlişi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    31 Avqust 2026 09:36

    Niameydəki hərbi hərəkətlilik nəzarətə götürülüb - Niger MN

    29 Avqust 2026 16:44

    Nigerin paytaxtında nə baş verir? Prezident sarayına hücum cəhdi

    29 Avqust 2026 10:48

    Həftar İŞİD-ə qarşı əməliyyata kömək edib

    15 Avqust 2026 13:42

    "Sahil Demokratları Alyansı" - Mühacirət hərəkatı hərbi rejimlərə qalib gələ bilərmi?

    11 Aprel 2026 22:10

    Türkiyə və Niger arasında hərbi əməkdaşlıq genişlənir

    7 Aprel 2026 14:10

    Trampın təhdidlərinə baxmayaraq, Asiya fond birjaları yüksəlir

    6 Aprel 2026 06:12

    Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

    8 Dekabr 2025 21:12

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    Üç Afrika dövləti Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb

    23 Sentyabr 2025 15:44

    Fransa prezidenti Makron baş nazir Bayrunun istefasını qəbul edib

    9 Sentyabr 2025 17:05

    Türkiyənin Afrikada yüksələn gücü: Təhlükəsizlik əməkdaşlığı yeni mərhələyə keçir

    25 İyul 2025 11:10
    XƏBƏR LENTİ

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.