#Niger

Niger Müdafiə naziri general Salifu Modi paytaxt Niameydə baş verən hərbi hərəkətliliyin nəzarət altına alındığını və təhlükəsizlik qüvvələrinin hədəfə alınan strateji məntəqələr üzərində nəzarəti bərpa etdiyini açıqlayıb. Nazir bildirib ki, bir qrup hərbçi “hərbi nizamdan ayrılaraq” Niameydəki 101 saylı hərbi bazada bəzi silahdaşlarını saxlamağa cəhd edib. Daha sonra qrup paytaxtın bəzi strateji məntəqələrinə atəş açıb.

Təqaüdçü general Xəlifə Hafterin Nigerin qərbində İŞİD-ə bağlı qrup tərəfindən girov saxlanılan amerikalı pilot Kevin Raydoutun azad edilməsinə kömək etdiyi bildirilir. “Reuters”in dörd mənbəyə istinadən yaydığı məlumata görə, Raydout ötən cümə axşamı gec saatlarda Liviyanın şərqindəki hakimiyyət orqanlarına təhvil verilib. Bununla belə, girovun azad edilməsi müqabilində nə verildiyi barədə rəsmi məlumat açıqlanmayıb. Mənbələrdən biri Liviyanın fidyə ödədiyini bildirib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ölkədə rəsmi səfərdə olan Niger Respublikasının Müdafiə naziri, Ordu generalı Salifu Modi ilə görüşüb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Yaşar Gülər həmkarı Salifu Modini nazirlik binasında rəsmi hərbi mərasimlə qarşılayıb. Mərasimdən sonra nazirlər arasında təkbətək görüş keçirilib, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.

Mali, Burkina Faso və Niger, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsindən çıxdıqlarını rəsmən elan ediblər. Sənəddə vurğulanıb ki, məhkəmə soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təsirli mühakimə apara bilmir, əksinə böyük dövlətlərin maraqlarını qoruyan bir mexanizmə çevrilib.